Modern.az

Erkən qış rejiminə keçilə bilər - VİDEO

Erkən qış rejiminə keçilə bilər - VİDEO

Aktual

16 Oktyabr 2016, 22:09

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Bir sıra dağlıq və dağaətəyi rayonlarda isə sulu qar və qar yağacağı ehtimalı var. Temperaturun kəskin aşağı düşməsi isə paytaxtda vətəndaşları indidən istilik sistemlərini qoşmağa vadar edib. Evlərində kombi sistemi olanlar bunu etsə də, mərkəzi istitmə sistenminə qoşulu olan mənzillərdə yaşayanlar müxtəlif çıxış yolları axtarır. Bu isə erkən qış rejiminə keçmək məsələsini gündəmə gətirir. Bəs görəsən, erkən qış rejiminə keçilə bilərmi?

Modern.az saytı xəbər verir ki, "Xəzər xəbər" məsələ ilə bağlı "Azəristiliktəhcizat" Açıq Səhmdar Cəmiyyətinin mövqeyini öyrənib. Qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, erkən qış rejiminə keçid birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə mümkündür. Bu qərar təkcə "Azəristiliktəhcizat"a yox, eyni zamanda "Azərişıq" və "Azəriqaz"a da şamil edilir.

 

Ümumilikdə, isə erkən qış rejiminə keçidin əsas şərti 3 gün ard-arda sutkalıq orta temperaturun 6 dərəcədən aşağı olmasıdır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın tempraturu həftənin ilk günündə gündüz 9, gecə isə 7 dərəcə isti təşkil edəcək. Belə çıxır ki, sutkalıq orta tempraturun 6 dərəcədən aşağı düşməsi hələ gözlənilmir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi