Modern.az

Mosuldakı İŞİD döyüşçülərinin sayı AÇIQLANDI

Mosuldakı İŞİD döyüşçülərinin sayı AÇIQLANDI

Aktual

17 Oktyabr 2016, 13:38

İraqın baş naziri Heydər Abadi Mosulun “İslam Dövləti” qruplaşmasından azad olunması üçün əməliyyatın başlandığını elan etmişdi. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, amerikalıların ölkəni tərk etməsindən sonrakı 5 il ərzində ilk irimiqyaslı əməliyyat başlayacaq.

 

Pentaqonun rəhbəri Eşton Karter “həlledici anın” çatdığını bəyan etdi və koalisiya qüvvələrinin İraq ordusu və kürd peşmərgələrinə hər cür dəstək göstərəcəyini dedi.

 

Anadolu agentliyinin məlumatına görə oktyabrın 17-si səhər saatlarında başlayan əmiyyat İŞİD-in mövqelərinə artilleriya zərbələrinin endirilməsi ilə start götürüb.

 

Şəhəri 3-9 min arasında terrorçunun müdafiə etdiyi ehtimal olunur. Onların şəhər sakinlərini Mosulu tərk etməyə imkan vermədiyi bildirilir.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı