Modern.az

Şimali Qafqazda cinsini dəyişən “kişinin" ərə getməsi “partlayışa” səbəb oldu

Şimali Qafqazda cinsini dəyişən “kişinin" ərə getməsi “partlayışa” səbəb oldu

Aktual

4 Noyabr 2016, 14:38

Rusiyanın cənubundakı inzibati subyektlərdən birində - Qaraçay-Çərkəz Respublikasında ilk dəfə evlənənlərdən birinin transgender olduğu toy baş tutub. Modern.az xarici mediaya istinadən bildirir ki, hadisədən əvvəlcə heç kim şübhələnməyib.

 

Hər şey ondan ibarətdir ki, gəlin əvvəllər kişi cinsindən olub. Bildirilir ki, Besleney qəsəbəsindəki səs-küylü toy sosial şəbəkədə “partlayışa” səbəb olub və bu Şimali Qafqaz respublikasında camaatı şoka salıb.

 

25 yaşlı Adam A. transgenderdir. O, Moskvadakı klinikada cinsini dəyişərək qonşu respublikasının sakini Viktor Q.yə ərə gedib. İndi gənclər gizlənirlər.

 

Viktor anasına zəng edərək deyib ki, doğmalarına tezliklə gəlinlə gələcəyi barədəki xəbəri çatdırsın. O, sentyabrın 26-da Moskvadan Qaraçay-Çərkəzə, doma aulu Besleneyə gəlib. Oğlan anasına özünün həyat yoldaşını – Rainanı təqdim edib.

 

Yerli adətə görə, toydan əvvəl Raina qohumların evinə aparılıb. O, orada 5 gün yaşayıb.

 

Oktyabrın 1-də səhər bəy səs-küylü dəstə ilə gəlib. Xoşbəxt sevgililəri təbrik etməkdən ötrü evə qohum-əqrəba, qonşular da toplaşıblar. Bəylə-gəlin onlarla şəkil çəkdirib. Şəkildə yaraşıqlı düşən cütlüyün – bəy-gəlinin simasında gərginlik sezilib.

 

Bir az sonra naməlum şəxs sosial şəbəkədə Rainanın əvvəllər kişi olduğu haqda informasiya yayıb. Bununla da qalmaqal “partlayıb”.

 

Viktor və Rainanı indi yalana görə lənətləyirlər. Sevgili cütlük valideynləri, qohumları, yaxınları və dostları aldadıb. Valideynlər hamı ilə, o cümlədən mətbuatla ünsiyyətdən qaçırlar. Evlənənlər telefonlara cavab vermirlər. Şayiələrə görə, onlar, ümumiyyətlə, Rusiyadan çıxıb gediblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!