Modern.az

Televiziya jurnalistləri KİV-ə Dövlət Dəstəyi Fondunun müsabiqəsinə qatıla bilməzlər

Televiziya jurnalistləri KİV-ə Dövlət Dəstəyi Fondunun müsabiqəsinə qatıla bilməzlər

4 Noyabr 2009, 15:24

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu noyabrın 3-dən jurnalistlərin fərdi müsabiqəsini elan edib. Müsabiqə üçün 18 istiqamət müəyyənləşib. Hər istiqamət üzrə 2 qalib müəyyənləşdiriləcək, onların hər birinə 1000 manat mükafat veriləcək. Modern.az-a məlum olub ki, KİV-ə Dövlət Dəstəyi Fondunun fərdi müsabiqəsinə televiziya və radio sahəsində çalışan bəzi jurnalistlər də qoşulmaq arzusundadırlar. Lakin Fondun Müşahidə şurasının üzvü Umud Rəhimoğlu saytımıza açıqlamasında deyib ki, bu müsabiqə televiziya jurnalistləri üçün nəzərdə tutulmayıb. Yəni teleradio sahəsində çalışanlar müsabiqəyə qatıla bilməyəcəklər. Yalnız qəzetlərdə və internet mediasında çalışan jurnalistlər müsabiqənin iştirakçısı ola bilərlər. Bununla yanaşı, Fond tərəfindən qəbul olunmuş şərtlərə uyğun olaraq bir il iş təcrübəli və jurnalistika ilə davamlı fəaliyyəti olan jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

 

Günay MUSAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi