Modern.az

Cocuq Mərcanlının bərpası sabah müzakirə olunacaq

Cocuq Mərcanlının bərpası sabah müzakirə olunacaq

Aktual

27 Yanvar 2017, 18:24

Sabah Qacqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində planlaşdırılan işlər müzakirə ediləcək.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

 

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır