Arxiv
9 Noyabr 2009, 10:01 | MEDİA
Mətbuatımız Bakı üçün...

Azərbaycan mətbuatı texniki və yaradıcılıq baxımından asta-asta yeniləşməyə doğru gedir. Sözsüz ki, bu sırada avanqard, maddi imkanları yaxşı olan media qurumlarıdır. Müasir texniki avadanlıqlar alınır, virtual aləmə daha sürətli çıxış imkanları əldə edilir.

Dünyada inkişaf etmiş qəzetçilik ənənələrinin ölkədə tətbiqi prosesi zəif getsə də, bir sıra mətbuat orqanları buna ən azından cəhdlər edirlər. Amma yerli mətbuatın özünün əvvəldən mövcud olmuş bir ənənəsi var ki, bu gün sıradan çıxmaq üzrədir. Söhbət qəzetlərin bölgə təmsilçiliklərindən gedir.

Sovet dönəmində rəsmi qəzetlərin (zatən, o dövrdə qəzetlərin hamısı rəsmi idi) bölgə müxbirləri həmin bölgədə "samballı" fiqurlardan biri sayılırdı. Bölgənin ərazisində yerləşən rayonların rəhbərləri bu müxbirlərlə əməlli-başlı hesablaşırdılar. Düzdür, bu hesablaşma bir çox hallarda maddiləşmiş formada özünü göstərirdi. Bununla belə, rayon partiya-təsərrüfat rəhbərləri işlərini ehtiyatlı tutmağa çalışırdılar ki, məsul olduqları rayon haqda rəsmi qəzetdə tənqidi yazı getməsin.

Bugünsə bölgə müxbiri "postları" işlərini nəinki günün tələblərinə uyğun şəkildə qurublar, rəsmi, ya qeyri-rəsmi olsun, əksər qəzetlər demək olar ki, bölgə müxbiri məvhumundan imtina ediblər. Ona görə də, bu gün Azərbaycan mətbuatında bölgə xəbərləri və ya bölgələrdən işlənmiş reportajlar, araşdırmalar 1-2 faiz təşkil edir. Burada agentliklərin də "təqsiri" var. Çünki agentliklərdən hazır məlumatları alan qəzetlər əlavə pul xərcləyib, bölgələrdə müxbir saxlamaq istəmirlər. Bu da nəticədə rayonda baş vermiş hansısa hadisə haqda bütün mətbuatın bir dəst-xətlə yazılmış yazını oxucuya çatdırmasına gətirib çıxarır.

Bu gün mətbuatda elə bir təəssürat yaranıb ki, Azərbaycan sanki Bakıdan ibarətdir. Bəzən qəzetlər paytaxt xəbərlərinə o qədər aludə olurlar ki, bir hadisənin hansı rayonun ərazisində baş verməsini belə qeyd etməyi lazım bilmirlər. Sadəcə yazırlar, məsələn: "Dünən Mikayıl Müşfiq küçəsində yanğın baş verib". Bu adda Azərbaycanın demək olar ki, bütün rayonlarında küçə var. İndi oxucu necə müəyyən etsin ki, söhbət hansı rayondakı M.Müşfiq küçəsindən gedir (Əslində, söhbətin Bakıdan getdiyi çoxlarına məlum olur. Çünki hamı bilir ki, bu gün mətbuat daha çox Bakıdakı oxucular üçün çıxır).

Hazırda qəzetlərin şikayətçi olduğu məsələlərdən biri bölgələrdə qəzet satışının çox aşağı olmasıdır. Bu durumu yalnız qəzetlərin bölgələrə diqqət yetirməməsi ilə bağlamaq olmaz. Amma bölgələrdə qəzet satışının aşağı olmasında bu amilin də rolu var. İndi "sinəsinə döyən" elə gündəlik qəzetlər var ki, "onsuz da satılmayacaq" məntiqi ilə rayonlara qəzet göndərmirlər.

Ciddi mətbuatın bölgələrə biganəliyinə baxmayaraq, rayonlardan yazan mətbuat da var. Diqqətini paytaxta yönəltmiş ciddi mətbuat bu gün bölgəni "reket qəzetlər"ə bağışlayıb...

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə bir gündə 904 nəfər pandemiyanın qurbanı oldu 7 İyun 2020, 10:28 Qazaxda 10 yaşlı qızı avtomobil vurdu 7 İyun 2020, 10:18 Son bir gündə 1 168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi 7 İyun 2020, 10:08 Fransada irqçiliyə qarşı aksiyaya 23 min insan qatıldı  7 İyun 2020, 10:02 Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 min nəfəri keçdi 7 İyun 2020, 09:58 Qarabağ cəbhəsində gərginlik - snayperlər işə düşdü  7 İyun 2020, 09:50 Azərbaycanda koronavirusla bağlı SON DİNAMİKA-Bakıda yoluxma artıb - FOTO 7 İyun 2020, 09:42 Ailəsi erməni roluna çəkilməsinin əleyhinə olub - Mənfi tiplərin mahir ifaçısı - MƏLİK DADAŞOV 7 İyun 2020, 09:40 Bakının yolları xüsusi kimyəvi maddələrlə yenidən yuyulur 7 İyun 2020, 09:31 Ermənistanın təzə yalanının köhnə sirri - Qazaxdan bu ölkənin böyük bir hissəsinə nəzarət edilirmiş 7 İyun 2020, 09:23 Bir millətin iki diasporu ola bilməz – Azərbaycan və Türkiyə diasporunun Yol xəritəsi 7 İyun 2020, 09:12 Koronavirusa yoluxmuş tibb bacısı müalicədən imtina etdi 7 İyun 2020, 09:05 Dünyada koronavirusdan ölənlərin sayı 400 mini keçib 7 İyun 2020, 08:59 Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11