Modern.az

İstanbul derbisinin qalibi "Beşiktaş" oldu

İstanbul derbisinin qalibi "Beşiktaş" oldu

Aktual

27 Fevral 2017, 23:37

Futbol üzrə Türkiyə Super Liqasında XXII turun son oyunu keçirilib. Modern.az xəbər verir ki, turun son oyununda  "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib. Oyun "Beşiktaş"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 47-ci dəqiqədə  Braziliyalı yarımmüdafiəçi Adrian Taliska vurub.

Qeyd  edək ki, "Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub