Arxiv
28 Mart 2017, 23:25 | HADİSƏ
Azərbaycan xüsusi xidmət orqanlarının ən uğurlu ƏMƏLİYYATLARI – “Qara Kəmər”, “Qartal”....
Azərbaycan xüsusi xidmət orqanlarının ən uğurlu ƏMƏLİYYATLARI – “Qara Kəmər”, “Qartal”....

Dövlət Təhlükəsizlik Xidməti (DTX) 2015-ci il dekabrın 14-də Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb. Buna qədər, 1991-ci ildən 2015-ci ilə qədər eyni funksiyanı Milli Təhlükəsizlik Nazirliyi yerinə yetirirdi.

 

Azərbaycanın dövlət təhlükəsizliyinə cavabdeh olan əsas qurumlardan sayılan Nazirlik 1991-ci ildən bəri ölkə daxilində ictimai-asayişi pozmağa və terror aktları törətməyi planlaşdıran bir çox qruplaşmaları ifşa edib. Təkcə son 6 ayda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlarda 10-dan artıq qanunsuz silahlı birləşmə üzvü məhv edilib, onlarla radikal şəxs saxlanılıb.

 

Modern.az MTN və Dövlət Təhlükəsizlik Xidmətinin müstəqillik tarixində həyata keçirdiyi ən uğurlu əməliyyatlar haqda məlumat verir.

“Qartal” əməliyyatı (2008-ci ilin 29 avqust- 6 sentybar) -  Milli Təhlükəsizlik Nazirliyi Qusar rayonu ərazisində qanunsuz fəaliyyət göstərən ekstremist “Meşə Qardaşları” təşkilatına qarşı uğurlu əməliyyat həyata keçirmişdi. Avqustun 25-də Dağıstandan Azərbaycana gələn 4 terrorçu başda əslən Zaqataladan olan “Dağıstan Əmirli”nin əmiri İlqar Mollaçiyev olmaqla axtarışa verilir. Sonradan onların Qusarın Həzrə kəndi yaxınlığında meşə massivində gizləndikləri məlum olur. Azərbaycan Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin avqsutun 29-da keçirdiyi əməliyyat zamanı MAXE Əli Elçiyev öldürülür, onun hərbçi dostu isə yaralanır.

 

Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlılarının, polis qüvvələrinin iştirakı ilə qaçmış terrorçular sentybarın 6-da meşə massivindəki evlərdən birində aşkar olunur. Əməliyyat zamanı terrorçu qruplaşmanın 3 üzvü – Telman Abdullayev (Həmzət), Ramil Əsədullayev və Gülşad Əlixanov öldürülür. Dəstənin rəhbəri İlqar Mollaçiyev isə ərazini tərk edə bilsə də, növbəti gün Samur çayını keçərkən Dağıstan polisi tərəfindən öldürülür.

 

 

“Qara kəmər” əməliyyatı (2005-ci il 10 mart) – Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi ən rezonanaslı əməliyyatlardan biridir. Martın 10-da Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zəmirə Hacıyevanın azad olunması məqsədilə xüsusi əməliyyat keçirilir. Əməliyyat zamanı Daxili İşlər Nazirliyi Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi 13 nəfərlik beynəlxalq tərkibli dəstə zərərsizləşdirilmişdi. 10 ildən artıq müddətdə fəaliyyət göstərən dəstə 17 adam oğurluğu və 12 qətl faktında iştirak etmişdi. Şantaj, hədə-qorxu və s. yollarla qrup üzvləri 45 milyon dollardan artıq vəsait məninmsəyiblər. Ölkədəki bir çox rezonans qətllərin – Baş Prokurorluğun idarə rəisi Rövşən Əliyevin, AFFA-nın vitse-prezidenti Fətullah Hüseynovun, DİN Narkotiklərəı qarşı Mübarizə Baş İdarəsinin rəisi Azər İsmayılovun qətlini etiraf etmişdilər.

 

 

Generalların işi (7-12 avqust) – Milli Təhlükəsizlik Nazirliyi prezident Heydər Əliyevə qarşı sui-qəsd hazırlayan Müdafiə Nazirliyinin yüksək rütbəli generallarına qarşı da əməliyyat keçirmişdi. İyulun 2-də Buxarestə səfərdən geri qayıdan Heydər Əliyevin olduğu prezident layneri  Bakıda eniş edən zaman “İqla- 1” tipli zenit raketinin köməyi ilə partladılmalı idi. İstintaq materiallarılna görə, pilotların pis hava şəraitinə görə layneri əks istiqamətdə yerə endirmələri generalların planını pozmuşdu.

 

 

Milli Təhlükəsizlik Nazirliyi avqusutn 7-dən başlayaraq sui-qəsd planının arxasında durduqları bildirilən general Şahin Musayevi, Rafiq Ağayev, Vahid Musayev, polkovnik Faiq Baxşəliyev, polkovnik-leytenant Əlikram Hümbətov və s. şəxslər həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdilər.

 

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Bu il 2077 nəfər 600-dan yuxarı bal TOPLAYIB 15:58, Bu gün Duma Ukraynanın 4 vilayətinin ilhaqına dair sazişi təsdiqlədi 15:54, Bu gün Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı 15:50, Bu gün Stansiyaların iş rejimilə bağlı yeni QƏRAR 15:46, Bu gün Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:42, Bu gün Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir 15:38, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:34, Bu gün Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş… 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün