Noyabrın 10-da Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il dekabr ayının 27-si Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.