Modern.az

Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür

Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür

Aktual

11 İyul 2020, 14:36

İyulun 11-i 2014-cü ildə Kəlbəcərdə həlak olmuş cəbrayıllı şəhid Həsən Həsənovun anım günüdür.

Modern.az-ın məlumatına görə, Həsən Fərman oğlu Həsənov 1978-cı i aprelin 12-də Cəbrayıl rayonunun Mehdili kəndində dünyaya gəlib. Həsən doğma kəndində 7-ci sinfi bitirib. Daha sonra Qarabağı işğal edən düşməni məhv etmək arzusu ilə sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verib və burada təhsil alıb.

Həsən Həsənov 2014-cü ilin iyulunda əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə Kəlbəcərə gedib. O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan Silahlı Qüvvələri onları girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb. 

Şəhid Bakıda dəfn edilib. O, ailəli idi, iki qızı qalıb.

Allah rəhmət eləsin...


 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir