Arxiv
8 May 2017, 20:29 | AKTUAL
“Azərbaycanda Mətbuat Muzeyinin yaradılmalıdır” - Əflatun Amaşov

“Azərbaycan Mətbuat Muzeyinin yaradılması vacib məsələdir. Bizim mətbuatımızın tarixi ilə bağlı olan nümunələr bir sıra muzeylərdə, arxivlərdə toplanıb. Çox təəssüf ki, bəzi nəşrlərin nüsxələri Azərbaycanda yoxdur”. Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

 

Şura sədrinin sözlərinə görə, mətbuat tarixi, o cümlədən, mühacirət ədəbiyyatı ilə bağlı eksponat və sənədlər şəxsi muzeylərdə, müxtəlif ölkələrin arxivində saxlanılır: “Sankt-Peterburq, Moskva, Ankara, İstanbul, Berlin, Varşava və Paris arxivlərində sənədlər, o cümlədən, ayrı-ayrı şəxslərə aid əşyalar saxlanılır. Azərbaycan Mətbuat Şurası bu sənədlərin toplanması ilə bağlı geniş layihə həyata keçirib. Türkiyədə, Berlində, Varşavada işıq üzü görən mətbu orqanlarının nüsxələrini toplamışıq. Eyni zamanda Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun bir sıra əşyalarını əldə etmişik. Bu iş Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyevin birbaşa yarıdımı ilə həyata keçirilib”.

 

Ə. Amaşovun sözlərinə görə, ayrı-ayrı mətbuat vasitələrinin tarixi nüsxələrini toplamaq həmin xalqın tarixi ilə bağlı araşdırmaların aparılmasında çox əhəmiyyətli rol oynayır: “Biz öz tariximizi öyrənməli və sevməliyik. Ona görə də muzeyin olması vacibdir. Araşdırmaçılar Azərbaycan tarixini öyrənmək istəyəndə asanlıqla həmin məxəzlərə çata bilmirlər. Çünki o məxəzlərin çox hissəsi Azərbaycanda yoxdur. Çox nadir qəzetlərin tam nüsxələri var. Bir məsələyə də xüsusi toxunmaq istəyirəm. “Kaspi” redaksiyası qəzetin ilk saydan 1918-ci ilə qədər olan elektron variantı əldə edib və indiki qəzetin elektron versiyasında yerləşdirib. Bu, kifayət qədər mühüm məqamdır və bu təşəbbüslər alqışlanmalıdır. Eyni zamanda “Şərq” qəzeti öz redaksiyasında kiçik muzey yaradıb. Arzu edirik, digər qəzetlərin də elektron variantını əldə edə bilək. Mətbuat tariximizi araşdıran şəxslər məcburdurlar ki, Rusiya, yaxud Avropa ölkələrinin muzeylərinə getsinlər. Həmin məxəzlər ölkəmizdə olsa, Azərbaycan mediasının tarixini tam olaraq öyrənə bilərik”.

 

Mətbuat Şurasının sədri hesab edir ki, Mətbuat Muzeyi ilk mərhələdə ayrı-ayrı muzeylərin nəzdində yaradıla bilər: “Amma hesab edirəm ki, mətbuat muzeyi müstəqil olmalı, onun üçün xüsusi bina ayrılmalıdır. Həmin bina yeni avadanlıqla təmin olunmalı, müasir tələblərə cavab verməlidir. Bu da kifayət qədər sərmayə tələb edir. Bir sıra ölkələrdə bu cür muzeylər ayrı-ayrı iş adamlarının köməkliyi hesabına həyata keçirilir. Məsələn, Rusiya iş adamları sənədləri, şəxsi əşyaları alıb çox böyük sevgi və məmnuniyyətlə muzeylərə bəxş edirlər. Elə bilirəm, vaxt gələcək, Azərbaycan iş adamları xaricdə olan əşyaları, məxəzləri alıb bu xeyriyyəçiliyi həyata keçirəcəklər. Çünki hər şeyi dövlətdən gözləyə bilmərik. Dünyanın hər yerində eksponatları iş adamları alıb muzeylərə bağışlayırlar”.

 

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin müalicəsi ilə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09 “5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24