Arxiv
12 May 2017, 12:55 | QARABAĞ
Atəşkəs dövründə Ermənistan ordusunun itkiləri  - STATİSTİKA

1994-cü ilin 12 mayında Qırğızıstan paytaxtı Bişkek şəhərində imzalanmış eyniadlı protokol Qarabağ müharibəsini formal olaraq dayandırdı. Lakin həmin müqavilənin üzərindən keçən 23 il ərzində cəbhədə atəş səsləri susmaq bilməyib.

 

Torpaqlarımız işğal edən Ermənistan ordusu atəşkəs şəraitində də təxribatçı fəaliyyətindən çəkinməyib və Azərbaycan ordusunun mövqelərini atəşə tutub.  Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi bu faktlarla bağlı geniş təhqiqat aparıb və 1994-cü ilin mayından 2017-ci ilin martına kimi 2500-dən çox erməni hərbçisinin öldüyünü yazır.

 

Düşmən ordusu əsas itkilərini atəşkəsin ilk illərində, xüsusən 1995 (344) və 1997-ci (216) illərdə verib. Son illərin ən böyük itkiləri isə ötən il alınıb.

 

Belə ki, 2016-cı ildə Ermənistan ordusu 166 hərbi qulluqçusunu itirib və bu göstərici ilə Cənubi Qafqazda ən yüksək ölüm hallarının olduğu ölkəyə çevrilib. İstisna deyil ki, düşmən ordusunun itkiləri qeyd olunan rəqəmdən daha çoxdur lakin rəsmi  Yerevan tərəfindən  belə xəbərlər məxfiləşdirilib.

 

Erməni hərbçilərinin yüksək döyüş itkiləri təkcə, təmas xəttində yaranmış gərginliklə deyil, həm də ordu daxilində intizamsızlıq, hərc-mərclik və xəstəliklərin geniş yayılması ilə bağlıdır.

 

Təsadüfi deyil ki, Ermənistan prezidentinin iqamətgahı və hökumət binası orduda övladlarını itirmiş əsgər analarının etiraz mitinqlərinə səhnə olur. Polis kobudluq nümayiş etdirərək bu aksiyaları dağıtsa da, cəmiyyətdə mövcud vəziyyətlə bağlı narazılıq artmaqdadır. Bu hadisə xüsusən, aprel döyüşlərindən sonra aşkar şəkildə biruzə verdi. Daha Ermənistan sakinləri övladlarını Qarabağa göndərmək istəmir, bütün qanuni və qanunsuz vasitələrdən istifadə edərək onların Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə xidmət etməsinə mane olmağa çalışır.

 

Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi həqiqi hərbi xidmətə çağırdığı əsgərlərə 10 min dollar pul vəd edib.

 

Bütün  bu amillə atəşkəsdən keçən 23 il ərzində erməni xalqının müharibə girovuna çevrilməsinə və kriminal-oliqarx rejimin əlində oyuncağa çevrilməsinə səbəb olub. Buna görə də düşmən ordusundakı itkilərin qarşıdakı illərdə də yüksək olacağı gözləniləndi.

 

 

Vüqar İSMAYILOV  

 

 

   

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə 27 Yanvar 2020, 01:04 Əfsanəvi basketbolçu helikopter qəzasında ölüb 27 Yanvar 2020, 00:23 Bu gündən seçki bülletenlərinin çapına başlanılır 27 Yanvar 2020, 00:03 "İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü ölüb" - DYP  26 Yanvar 2020, 23:49 Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 23:28 Yüksək narkotik qəbul edən şəxs hamamda öldü 26 Yanvar 2020, 23:12 Gəncədə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib 26 Yanvar 2020, 22:44 ABŞ səfirliyinə raket atıldı 26 Yanvar 2020, 22:29 Zaur Məmmədov Cəbrayıl qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR 26 Yanvar 2020, 22:11 Bir sutkada Suriyaya 981 qaçqın qayıdıb 26 Yanvar 2020, 21:56 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 21:46 Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR 26 Yanvar 2020, 21:41 Tovuzda qardaş qardaşı bıçaqlayıb 26 Yanvar 2020, 21:22 Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək 26 Yanvar 2020, 21:06 Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO 26 Yanvar 2020, 20:53 İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb 26 Yanvar 2020, 20:45 ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb 26 Yanvar 2020, 20:35 Bakıda ağır qəza - FOTO 26 Yanvar 2020, 20:17 Elmar Musayev Gədəbəy seçicilərinin aşkar favoriti oldu - FOTOLAR 26 Yanvar 2020, 20:06 İranda uçuş zamanı təyyarədə yanğın olub 26 Yanvar 2020, 19:56 Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb 26 Yanvar 2020, 19:21 Oğuz rayonunda baş vermiş yanğın söndürülüb 26 Yanvar 2020, 18:57 Əhliman Əmiraslanov seçiciləri ilə görüş keçirib 26 Yanvar 2020, 18:48 Yanğın baş verən binada yaşayan köçkünlər kirayə mənzilə yerləşdirilib - RƏSMİ 26 Yanvar 2020, 18:33 Gəncədə "Musa Quliyev - O, Sizin səsinizdir" filminin təqdimatı keçirilib 26 Yanvar 2020, 18:17 Rəşad Camalov Şirvanda şəhid ailələri ilə birgə - FOTOLAR 26 Yanvar 2020, 17:57 “Müsavat bəzi dairələrdə YAP-la birləşib, müxalifətə alternativlik edir” – İTTİHAM  26 Yanvar 2020, 17:48 Musa Qasımlının izdihamlı görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 17:33 Türkiyədə zəlzələ qurbanlarının sayı 36-ya çatdı 26 Yanvar 2020, 17:18 Zəlzələ bölgəsindən çıxarılan tələbələr Bakıda - FOTOLAR 26 Yanvar 2020, 17:01 Daha bir aviaşirkət Çinə reysləri təxirə saldı 26 Yanvar 2020, 16:51 Əfqanıstanda toyda partlayış törədildi 26 Yanvar 2020, 16:38 MSK deputatlığa namizədlərin siyahısını YENİLƏDİ 26 Yanvar 2020, 16:17 Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR 26 Yanvar 2020, 16:08 Təxliyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salındı 26 Yanvar 2020, 16:01
SORĞU Yeni parlamentdə kimlər olsun?