Modern.az

Əkrəm Abdullayev AZAL-ın müdafiəsinə qalxdı

Əkrəm Abdullayev AZAL-ın müdafiəsinə qalxdı

12 Noyabr 2009, 13:33

Milli Məclisin noyabrın 12-də keçirilən iclasında deputat Əkrəm Abdullayev çıxış edərək bildirib ki, Azərbaycanda turizm sahəsinin inkişaf etdiriliməsinə ciddi ehtiyac var. “Turizmin inkişakı bütövlükdə ölkəmizin büdcəsinə və gəlirlərin artmasına səbəb olacaq”-deyə o, bildirib.

Millət vəkili digər bir məsələyə də münasibət bildirib: “2007-ci il Azərbaycanda “Gənclər ili”,  2009-cu il isə “Uşaq ili” élan olunub. Ancaq gələn il üçün büdcədən uşaq və gənclər üçün ayrılacaq vəsait qane edici deyil. 2010-cu il üçün uşaq problemlərinin həllinə 580 min manat ayrılıb. Ümumilikdə həm uşaq, həm də gənclər üçün 5,4 milyon manat nəzərdə tutulub. Bununla uşaq və gənclərin inkişafına nail olmaq çətin olacaq”.

Ə.Abdullayev bildirib ki, Azərbaycandan kənarda təhsil alan gənclər sadəcə təhsil alır, ictimai işlərdə iştirak etmirlər. “Ancaq elə etməliyik ki, onlar xaricdə təkcə təhsil almasınlar, həm də ictimai işlərlə də məşğul olsunlar. On-on beş ildən sonra Azərbaycanın gələcəyinə xidmət edəcək bu gənclərin problemlərini həll etmək lazımdır”.

Millət vəkili noyabrın 11-də Milli Məclisdə AZAL əleyhinə səslənən fikirlərə də münasibət bildirib. O, deyib ki, AZAL-ın Bakı-Naxçıvan reysi üzrə biletlərin qiymətini niyə qaldırması məsələsini araşdırıb: “2007-ci ildə AZAL Tarif Şurasına müraciət ünvanlayaraq biletin 95 dollara qaldırılmasını təklif edib. Ancaq bu təklifə 2 il ərzində baxılmayıb. Ona görə də AZAL ötən 2 il ərzində hər bir  biletə görə 55 manat xərci özü ödəyib. İndi iqtisadi böhran gedir və AZAL 55 manatı 2 ildən artıq ödəyə bilməz. Hesab edirəm ki, AZAL düzgün addım atıb”. Ə.Abdullayev deyib ki, o,

əhalinin maddi vəziyyətini yaxşı başa düşür və təyyarə biletlərinin qiymətlərinin bahalaşmasına reaksiyanı anlayır. "Amma

iqtisadi böhran şəraitində AZAL-ın ARDNŞ-ə 50 milyon manat, eyni zamanda yeni təyyarələrin alınmasına görə kredit borcları var. Buna görə də həmin qurumun atdığı addımı da anlamaq çətin deyil"-deyə deputat bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir