Arxiv
12 Noyabr 2009, 17:12 | ÖLKƏ
Universitet, texnikum və peşə məktəblərinin sovet iş üsulu

NİYƏ BIR SIRA TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏLƏBƏLƏRİN TƏQAÜDLƏRİ KARTLA VERİLMİR

Azərbaycanda dövlət idarə və müəssisələrinin əksəriyyətində bir neçə ildir məvaciblərin, təqaüdlərin verilməsi üçün kart sistemi tətbiq edilib. Bununla yanaşı, ölkəmizdə bəzi ödənişləri kart sistemi ilə verməyən dövlət qurumları da var. Məsələn, bəzi təhsil müəssisələri hələ də sovet üsulu ilə işləyirlər. Belə ki, həmin təhsil ocaqlarında təqaüdlər bankomatlar vasitəsilə deyil, nəğd ödəmə yolu ilə verilir. Bu üsul həm ali məktəblərdə, həm orta ixtisas və texniki-peşə məktəblərində «işə yarayır». Hər ay kassadan təqaüd alan alan tələbənin pulundan 1-2 manat həcmində «şirinlik» saxlanılır. Yəqin ki, belə halla son qoyulması üçün problemdən yeganə çıxış yolu kart sisteminə keçiddir. Sözügedən sahədə vəziyyətin nə yerdə olduğunu, hansı təhsil ocağının yeni texnologiyalar ilə işlədiyni öyrənmək üçün onların özləri ilə əlaqə saxladıq.

Modern.az-a məlum oldu ki, Müəllimlər İnstitutunda hələ də tələbələr təqaüdlərini kassadan alırlar. Amma institutdan bildirdilər ki, yeni ilədək bu probelmi həll edəcəklər.

Memarlıq və İnşaat Universiteti isə noyabrdan tələbələri kartla təmin edib. Dövlət Dillər Universitetindən bildirdilər ki, onlar hələ ötən ildən nəğd pul əməliyyatı aparmırlar.

Slavyan Univesitetində isə hələ yeni sistemə keçid aparılmayıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasından da bildirdilər ki, tələbələr təqaüdlərini kassadan alırlar.

Turizm İnstitutu isə kart sisteminə keçən ilk ali məktəblər sırasındadır. Bu institutda hesab edirlər ki,  kart sisteminə keçid, bir tərəfdən tələbələrin təqaüdlərini tam həcmdə almasına şərait yaradırsa, digər tərəfdən inflyasiyanın qarşısını alır.

Bakı Dövlət, Texniki, Azərbaycan Pedaqoji və İqtisad universitetlərində də tələbələr təqaüdlərini bankomatlar vasitəsilə əldə edirlər.

Göründüyü kimi, əksər ali məktəblər müasir texnologiyalar siteminə keçid ediblər. Ancaq təəssülər olsun ki, bunu orta ixtisas və texniki-peşə məktəblərinə aid etmək olmaz. Araşdırmalarımız göstərib ki, onların böyük əksəriyyəti tələbə və şagirdlərin təqaüdlərini kartla deyil, nəğd ödəmə üsulu ilə verir. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də münasibətini öyrəndik. Nazirlikdən bildirdilər ki, bütün təhsil ocaqlarının kart sisteminə keçməsi daha çox Maliyyə Nazirliyi ilə bağlı olan məsələdir. Bunun üçün sözügedən nazirlik külli miqdarda vəsait ayırmalıdır. 

Təhsil Nazirliyindən onu da dedilər ki, kart sisteminə keçidlə bağlı hazırladıqları layihəyə əsasən, 2010-cu ildən bütün ali, orta-ixtisas və texniki-peşə məkiəblərində təhsil alan tələbələrin hamısı təqaüdlərini plastik kartla almalıdırlar.

 

Xatırladaq ki, 

Azərbaycan Respublikasının dövlət təhsil müəssisələrində təhsil alan aspirantların, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələ və şagirdlərinin təqaüdləri

sonuncu dəfə

ölkə başçısı

nın 2008-ci ilin sentyabrında imzaladığı sərəncam əsaında artırılıb. Həmin s

ərəncama əsasən, 2008-ci il sentyabrın 1-dən etibarən aspirantların və ali məktəblərdə adlı təqaüd alan tələbələrin aylıq təqüdləri 90 manat olub. Magistr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələrin təqaüdləri 75, yaxşı qiymətlərlə oxuyan tələbələrinki 60, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrinki isə 40 manata çatdırılıb. Bakalavr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələrə 70, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 55, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 35 manat manat təqaüd verilir. Orta ixtisas məktəblərində əla qiymətlərlə oxuyan tələbələrə 35, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 30, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 25 manat təqaüd müəyyənləşdirilib.

Peşə məktəbləri və peşə liseylərinin şagirdlərinin aldığı aylıq təqüdləri 25 manatdır.

Lalə MUSAQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü 30 Oktyabr 2020, 09:00 “Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:55 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09