Arxiv
5 May 2011, 14:52 | İQTİSADİYYAT
Azərbaycanın yeniyetmə qılıncoynadanlarının Ankara uğuru

Türkiyənin paytaxtı Ankarada keçirilmiş Dünya Uşaq Oyunlarından xoş xəbərlər almışıq. Dünyanın 90 ölkəsindən 3 min idmançı 13 idman növündə yarışaraq mükafatlar uğrunda mübarizə aparıblar. Azərbaycan Dünya Uşaq Oyunlarında  uğurla təmsil olunub.

Yeniyetmə cüdoçularımız həmyaşıdları ilə mübarizədə parlaq qələbələr qazanıblar. Elnur Məmmədlinin davamçıları ölkəmizə 7 medal gətiriblər ki, onlardan ikisi qızıl, biri gümüş, dördü isə bürüncdür.

Ankaranın möhtəşəm idman salonunda Azərbaycan güləşçiləri də Türkiyəyə əbəs getmədiklərini sübut ediblər. Güləşçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medalla Vətənə qayıdıblar.

Daha bir xoş xəbər yeniyetmə qılıncoynadanlarımızla bağlıdır. Zəngin ənənələrə malik olsa da, son illərdə uğurlarına sevinmədiyimiz qılıncoynadanlarımızın hazırda istedadlı davamçıları yetişməkdədir. Dünya Uşaq Oyunlarında  rapira növündə mübarizə aparan qızlarımız komanda hesabında üçüncü yeri tutublar.
Fidan və Aydan Hüseynovalar-Məryəm Məlikova üçlüyü  bürünc medallara layiq görülüb, Azərbaycan bayrağını qardaş Türkiyənin paytaxtında ucaldıblar. Burada təcrübəli rapiraçı Fensinq idman klubunun baş məşqçisi Asəf Məlikovun gərgin zəhmətini qeyd etmək yerinə düşər. Azərbaycan rapiraçılarının uğurlu çıxışı qardaş ölkədə sevgi ilə qarşılanıb. Xatırlatmaq istərdik ki, keçən il Türkiyədəki daha bir mötəbər yarışda Məryəm Məlikova yaxşı nəticələr göstərib.

İstedadlı idmançı məktəbliləri Dünya Uşaq Oyunlarında qazanılmış qələbəyə görə təbrik edirik.





Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI 17 Sentyabr 2019, 10:27 Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb 17 Sentyabr 2019, 10:21 Gənc Tamaşaçılar Teatrının tavanı çöküb 17 Sentyabr 2019, 10:17 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 17 Sentyabr 2019, 10:13 Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ 17 Sentyabr 2019, 10:05 Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi 17 Sentyabr 2019, 09:58 Metrodakı sərnişin sıxlığının səbəbi AÇIQLANDI - YENİLƏNİB 17 Sentyabr 2019, 09:41 Ermənilər atəşkəsi 22 dəfə pozdular 17 Sentyabr 2019, 09:35 Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ 17 Sentyabr 2019, 09:31 Telejurnalist Aytəkin Alxaslı təltif olundu - FOTO 17 Sentyabr 2019, 08:19 Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil” 17 Sentyabr 2019, 08:14 Bu günün məzənnəsi necə olacaq? 17 Sentyabr 2019, 08:06 Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçildi - FOTOLAR 16 Sentyabr 2019, 19:42 Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb   16 Sentyabr 2019, 19:34