Modern.az

Xətaidə ağır avtomobil qəzası: Məmur öldü

Xətaidə ağır avtomobil qəzası: Məmur öldü

10 İyul 2017, 10:45

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonunun Nobel prospektində “Mercedes” markalı, 10 OK 280 dövlət qeydiyyat nişanlı avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nəticədə avtomobili idarə edən 1979-cu il təvəllüdlü Qurbanov Ramin Mərdan oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

Qeyd edək ki, qəzada həyatını itirən 37 yaşlı Ramin Qurbanov Xətai rayonu üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir