Modern.az

AZAL-ın təyyarəsində qəza şəraiti yaranıb

AZAL-ın təyyarəsində qəza şəraiti yaranıb

Təhsil

16 Noyabr 2009, 19:38

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Azərbaycandan Əfqanstana Bakı-Bəhram reysi ilə uçan "İl-76" markalı yük təyyarəsində havada olarkən qəza şəraiti yaranıb. Modern.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.
FHN-dən verilən məlumatda bildirilib ki, hadisə barədə xəbər daxil olan kimi dərhal nazirliyin qəza-xilasetmə dəstələri hazırlıq vəziyyətinə gətirilib. Göyərtəsində 9 heyət üzvünün olduğu təyyarə saat 19:32-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında məcburi eniş edib. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, qəza şəraitinə səbəb təyyarənin şassilərinin birində yaranmış nasazlıqdır.
 

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı