Modern.az

Jurnalist Əyyub Kərimov həbs oluna bilər

Jurnalist Əyyub Kərimov həbs oluna bilər

Media

18 Noyabr 2009, 18:06

Media Hüququ İnstitutu (MHİ) “Femida 007” qəzetinin baş redaktoru, hüquq mühafizə siste­min­də­ki nöqsanlar haqqında tənqidi yazıları ilə seçilən Əyyub Kərimovun həbsə atıla biləcəyindən də­rin narahatlıq keçirir. Modern.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, jurnalistə yazılarına görə ağır cinayət cəzası istənilməsi ifadə azadlığına ağır basqıdır. 

Qeyd edək ki, Əyyub Kərimovu Azərbaycanın daxili işlər naziri Ramil Usubov xüsusi ittiham qaydasında məh­kə­məyə verib. Jurnalistə qarşı şi­kayəti Yasamal rayon Məhkəməsi artıq icraata qəbul edib. Nazirin ittihamları təsdiqlənərsə, baş re­dak­tora 3 il müddətinə azadlıqdan məhruetmə cəzası verilə bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar