Arxiv
20 Noyabr 2009, 17:04 | MEDİA
Mətbuat Şurası «Mozalan», «Zirvə», «Son söz», «Sağlam xəbər»lə bağlı şikayətlərə baxıb

Noyabrın 20-də Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, Şura sədrinin müavini Umud Rəhimoğlunun rəhbərliyi ilə düzənlənən tədbirdə 4 məsələ ətrafında müzakirə aparılıb.

Əvvəlcə H.Qasımov adına1 saylı Doğum Evinin mama-ginekoloqu Arzu Əliyevanın «Mozalan» jurnalı ilə bağlı şikayətinə baxılıb. Komissiya nəşrin 2009-cu ilin oktyabr ayındakı sayında həmin tibb işçisi barədə gedən mətni, təsviri, həmçinin seçilən metodu «reket jurnalistika»ya xas üsul kimi dəyərləndirib. Belə qənaətə gəlinib ki, «Mozalan»da etik prinsiplərə sayğısızlığı şərtləndirən cəhətlər sırasında burada əməkdaşlığa Şuranın ciddi ölçü götürdüyü KİV-lərin rəhbərlərinin cəlb olunması da əsas yer tutur. İstər mövcud xüsusiyyət, istərsə də şikayət doğuran materialdakı konkret motivlər jurnala xəbərdarlıq edilməsini aktuallaşdırmaqdadır. İclasda nəşrin fəaliyyətinin Şuranın «Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən də araşdırılması, yekunda məsələnin MŞ İdarə Heyətində müzakirəsi qərara alınıb.

Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının «Zirvə» qəzeti ilə bağlı müraciətinin müzakirəsi də qəzetə xəbərdarlıq olunması barədə rəyin qəbulu ilə yekunlaşıb. Komissiya bu rəyə nəşrin son sayındakı çoxsaylı dil, üslub xətalarını, 50-yə yaxın «anons»un verilməsi, əksər yazıların etik prinsiplərə aşkar sayğısızılıqla təqdimatını nəzərə alaraq gəlib.

Bakı şəhər sakini Aygün Mirzəyeva Şuraya müraciətində göstərib ki, «Son söz» qəzetinin rəhbərliyi vəzifə səlahiyyətini aşaraq əslən pakistanlı, Qarabağ döyüşlərinin iştirakçısı olan, hazırda Azərbaycan vətəndaşlığını daşıyan həyat yoldaşını şantaj etməkdədir. Məsələnin müzakirəsinə qatılan qəzet təmsilçisi iddia ilə razılaşmasa da, onun nəzərinə çatdırılıb ki, hər hansı təsisçi və baş redaktorun münaqişədə olduğu tərəflə münasibətlərin aydınlaşdırılmasında istər rəhbərlik etdiyi KİV-dən, istərsə də digər media orqanlarından şantaj vasitəsi kimi istifadəsi yolverilməzdir. Qəzetə xəbərdarlıq olunması barədə rəy çıxaran komissiya nəşrin fəaliyyəti ilə bağlı bir sıra məqamlarla bağlı KİV-ə Şuranın Katibliyi adından sorğu ünvanlanmasını məqsədəmüvafiq sayıb.

«Sağlam xəbər» qəzetinin baş redaktoru nəşrin şikayətçi - tibb elmləri doktoru, professor E.Abasov tərəfindən məhkəməyə verilməsi barədə sənədi komissiyaya təqdim etdiyindən prosedur qaydalara uyğun olaraq məsələ gündəlikdən çıxarılıb.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda COVİD-19-a yoluxmanın pik həddi  -  STATİSTİKA 7 İyun 2020, 10:54 Rza İbadov Bakıya niyə qayıda bilmir? - SƏBƏB 7 İyun 2020, 10:46 Qonşu ölkədə koronavirusa yoluxanların sayı 809-a çatdı 7 İyun 2020, 10:34 Bu ölkədə bir gündə 904 nəfər pandemiyanın qurbanı oldu 7 İyun 2020, 10:28 Qazaxda 10 yaşlı qızı avtomobil vurdu 7 İyun 2020, 10:18 Son bir gündə 1 168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi 7 İyun 2020, 10:08 Fransada irqçiliyə qarşı aksiyaya 23 min insan qatıldı  7 İyun 2020, 10:02 Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 min nəfəri keçdi 7 İyun 2020, 09:58 Qarabağ cəbhəsində gərginlik - snayperlər işə düşdü  7 İyun 2020, 09:50 Azərbaycanda koronavirusla bağlı SON DİNAMİKA-Bakıda yoluxma artıb - FOTO 7 İyun 2020, 09:42 Ailəsi erməni roluna çəkilməsinin əleyhinə olub - Mənfi tiplərin mahir ifaçısı - MƏLİK DADAŞOV 7 İyun 2020, 09:40 Bakının yolları xüsusi kimyəvi maddələrlə yenidən yuyulur 7 İyun 2020, 09:31 Ermənistanın təzə yalanının köhnə sirri - Qazaxdan bu ölkənin böyük bir hissəsinə nəzarət edilirmiş 7 İyun 2020, 09:23 Bir millətin iki diasporu ola bilməz – Azərbaycan və Türkiyə diasporunun Yol xəritəsi 7 İyun 2020, 09:12 Koronavirusa yoluxmuş tibb bacısı müalicədən imtina etdi 7 İyun 2020, 09:05 Dünyada koronavirusdan ölənlərin sayı 400 mini keçib 7 İyun 2020, 08:59 Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39