Arxiv
1 İyul 2011, 08:30 | FOTOSÖHBƏT
Sabiq deputat Əli Əlirzayevlə fotosöhbət

Əli Əlirzayev 1945-ci ildə Naxçıvanda doğulub. 1968-ci ildə indiki Azərbaycan Texniki Universitetini bitirib. İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimidir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor, Naxçıvan Dövlət Universitetində kafedra müdiri vəzifələrində işləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru və iqtisadi idarəetmə və beynəlxalq münasibətlər kafedrasının müdiridir.
1997-2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü, İqtisadi siyasət komissiyasının sədr müavini olub. Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Ailəlidir 3 övladı var.

 

Pioner olan vaxtlarımdı... Təxminən 1959-cu il olar. O zaman həyatın ayrı dadı vardı, əziyyət də vardı, iş də... Fikir verirsiniz, qalstukum köhnədi, elə paltarım da. Kənddə yaşayırdıq, səndən asılı olmayaraq böyük qardaşının paltarlarını sənə geyindirirdilər...

Adamın elə dövrü də olur, belə dövrü də...

 

Orta məktəb yoldaşımla institut dövründə də bir yerdə olduq...

 

Əsgər geyimində olanlar həmkəndlilərimdir. O zaman mən Vilnüsdə praktikada idim. Evdən məktub yazdılar ki, onların yanına gedim. Mən də getdim Belarusa onların yanına...

 

Kəlbəcərə - məşhur İstisuya getmişdik...

 

Böyük qardaşım, atam və mən... Bu şəkil 1977-ci ildə çəkilib...

 

Belə uzun saç saxlamağın dəb zamanı var idi...

 

1984-cü il. Tallinə doktorluq işimə rəy almağa getmişdim... Deyəsən bu şəkli qızlar çəkib... Cavanlıq gözəl şeydi... Amma indi mənə nə olub ki... Cavanam da...

 

Yeni nişanlanan vaxtlarımızdı...

 

Gəncliyin xatirəsi olan bu şəkil də çox xoşuma gəlir...

 

Gürcüstandan olan tələbə yoldaşımızın toyuna getmişdik. O zaman içdiyim çaxırın dadını hələ də unutmamışam.

 

Kənddən gəlib elmi iş müdafiə edən adamın yaman çox arzuları var idi...

 

Bu şəkli də verin... Arıq vaxtlarımdı, ona görə də "vodolazka" geyinmişəm... 

 

Sankt-Peterburq. 1989-cu il.

 

Həyat yoldaşım, qızlarım və oğlum... Burda hələ balacadırlar. 

 

Dostlarla Türkiyədəyik....

 

Milli Məclisin üzvü kimi xarici səfərdəyik...

Kiprin qurucusu Rauf Denktaşla...

 

Məlahət İbrahimqızı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısındayıq...

 

Məhşur simalardı: Əli Nağıyev, Sudeyf İmamverdiyev...

 

Milli Məclisin köhnə zalı. Rəhmətlik Zakir Zeynalov, Şaitdin Əliyev və Zəlimxan Yaqub.

Oğlum və qızım Türkiyədə...

 

İstirahət vaxtıdı, amma hara olduğu yadımdan çıxıb.

 

Sənətçilərlə də bir şəklimizi verin... Südeyif İmamverdiyevlə yanımızdakılar Briliyant Dadaşova, Azər Zeynalovdur.

 

1995-ci il...Türkiyəyə getmişik. Mən deputat seçilmədim, könlümü almaq üçün bu nümayəndə heyətinə üzv yazdılar məni...

 

Amerikadayıq...

 

Gecə saatları Sankt Peterburqda, Neva çayındayıq... Havanın soyuq olduğunu görürsünüz.

 

Murtuz Ələsgərovun ad günüdü...

 

Eldar Sabiroğlu, Şahlar Əsgərov, Hacı Madər, Firdovsi Əliyev... Yəqin ki, hardasa toydayıq...

 

Bu da mənim ad günümdü...

 

Nazim Nağıyev Səbalin rəisi olan vaxtlardı...

 

Toydayıq, onda nə Murtuz Ələsgərov spiker idi, nə də mən deputat...İkimiz də xanımımızla toya gəlmişik... 

 

Bu şəkil də mənim ad günümdə çəkilib...

 

Ailəlikcə toya getmişik...

 

Milli Məclisin iclas salonunda...

 

Yenə toydayıq, deyəsən mənim şəkilərimin hamısı elə toyda çəkilib...

 

Mərhum Fərəməz Maqsudovla...

Bu şəkil özümdən xəbərsiz lentə alınıb...

 

Deputatlar həyat yoldaşları ilə toya gəliblər...

 

Keçən günlərdən daha bir şəkil.

 

Yenə toy...

 

Oynamağı xoşlayıram...

 

Həyat yoldaşım, oğlum və mən... 

 

Bu da mənim rəhbəri olduğum kafedra ailəsi...

 

Babək filmi burada çəkilib, Culfada...

 

Fəttah Heydərov və onun nəvəsi ilə...

 

Həcc ziyarətində...


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:04 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44