Modern.az

Deputat: “Hakimiyyətdə bolşeviklərə sevgisi olanlar var”

Deputat: “Hakimiyyətdə bolşeviklərə sevgisi olanlar var”

Parlament

2 Avqust 2011, 10:16

Azərbaycan xalqının tanınmış nümayəndələrinin uyuduğu Fəxri xiyaban həm bizim, həm də xarici qonaqların daim ziyarət elədiyi məkanlardandır. Burada kimlər yoxdur? Dahi Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Səməd Vurğun...

Ölkənin siyasi tarixində fundamental rol oynamış tarixi şəxsiyyətlərimiz də burda uyuyur. Mərhum prezidentlər Heydər Əliyev, Əbülfəz Elçibəy....

Amma bu qəbirlərin içində Azərbaycan siyasi tarixşünaslığına aidiyyəti olmayanlar var.

Hazırda bu xiyabanda sovet tarixşunalığının prinsipləri əsasında qəhrəman hesab olunan  şəxslər də yatır. Onların qəbirləri zaman-zaman mübahisə predmetinə çevrilir. Azərbyacan Demokratik Respublikasının devrilməsində xidməti olan bu bolşeviklərin qəbirləri indi heç bir fəxr doğurmur, əksinə qəzəb yaradır. Bu mərhumların başdaşı üzərində “Müsavat cəlladları tərəfindən qətlə yetirilib” sözləri isə həm siyasi baxımdan anlaşılmır, həm də acı təbəssüm yaradır. Buradakı “mətin inqilabçılar” adı verilən Əli Bayramov, Mir Fəttah Musəvi, Haşım Əliyev və digərləri əslində indi varisi olduğunu elan etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin qatı düşmənləri və bolşeviklərin əlaltıları olublar. Onların Azərbyacanın ləyaqətli oğulları ilə bir yerdə Fəxri xiyabanda uyuması siyasi etiket və ideoloji prinsip baxımımından anlaşılmazlıq yaradır. Bu şəxslərin qəbirlərinini köçürülməsi ilə bağlı məsələ zaman-zaman  KİV-də qaldırılsa da, hələki bolşevik qəbirlərini dəbərtmək istəyi hiss edilmir.

Qarabağ Azadlıq Təşkilatın sədri Akif Nağı Modern.az-a məlumatında bildirib ki, bununla bağlı bir neçə millət vəkilinə müraciət edib ki, həmin abidələr Fəxri xiyabandan götürülsün. A.Nağının müraciət elədiyi deputatlardan biri də Fazil Mustafadı.

Fazil Mustafa Modern.az saytına məlumatında bu məsələni Milli Məclisdə dəfələrlə qaldırdığını bildirib: “Bu şəkildə məzarların hazırda Fəxri xiyabanda olması düzgün hal deyil. Bu, bizim tariximizə qarşı olan bir məsələdir. Hesab edirəm ki, belə qəbirlər, qəbirüstu yazılar balşeviklərin vaxtında qəsdən Fəxri xiyabanda yerləşdirilib.  Həmin qəbirlərin oradan götürülməsinin vaxtı gəlib çatıb”.

Deputat bildirib ki, əgər indiki halda onun bu təşəbbüsunə, təklifinə, qaldırdığı məsələyə reaksiya verilmirsə, bu, hakimiyyət daxilində bolşeviklərə xüsusi rəğbəti olanların varlığının göstəricisidir: “Həmin qəbirlərin götürülməməsi bolşeviklərə sevgidən irəli gəlir. Hesab edirəm ki, bu, tariximizə fəxr deyil, əksinə tariximizə qara bir ləkədir”.






Mail AĞAXANOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır