Arxiv
1 May 2018, 17:45 | AKTUAL
Binəqədidə təlim - “Məişət zorakılığının qarşısının alınması mexanizmləri”

Binəqədi Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 may 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasının konfrans zalında “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” adlı monotorinq qrupunun üzvləri üçün təlim keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə BRİH başçısının müavini Aygün Əliyeva, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Rayon Hüquq-mühafizə orqanlarının nümayəndələri, bələdiyyə sədrləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqlar və səhiyyə işçiləri iştirak edib.

 

BRİH başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, məişət zorakılığı ilə mübarizədə Azərbaycan dövləti ən müasir metodlardan yararlanmaqla bu sahədə dünyanın ən tanınmış beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi həyata keçirir. Növbəti çıxış üçün söz Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayevaya verildi. C.Rəhmətullayeva qeyd etdi ki, məişət zorakılığı ilə mübarizədə sosial işçilərin üzərinə böyük məsuliyyət düşür. Bu səbəbdən sosial işçilərin sayı artırılmalı və onlar cəmiyyətə inteqrasiya olunmalıdır. Daha sonra Komitənin Hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova təlim xarakterli təqdimatla çıxış edib. Təqdimatda əsasən məişət zorakılığı halları ilə mübarizənin tənzimlənməsində hüquqi metodlar barədə məlumat verildi. Bundan əlavə, təlim zamanı məişət zorakılığı halları ilə mübarizə sahəsində maarifləndirmə işləri aparmaq məqsədilə Komitə tərəfindən çap edilmiş buklet və kitabçalar görüş iştirakçılarıla paylanılıb.

 

Təqdimat bitdikdən sonra görüş diskussiya şəklində davam etdi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib 27 Yanvar 2020, 18:53 İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO 27 Yanvar 2020, 18:41 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17 Kamran Bayramovun seçiciləri ilə səmimi görüşləri - Fotolar 27 Yanvar 2020, 18:14 Rektor kafedra müdirini CƏZALANDIRDI 27 Yanvar 2020, 18:06 Əflatun Amaşova ağır itki üz verdi 27 Yanvar 2020, 18:00 Musa Qasımlı Yardımlıda görüşlərini davam etdirir - FOTOLAR 27 Yanvar 2020, 17:59 MSK qalmaqallı dairəyə yeni sədr təyin etdi 27 Yanvar 2020, 17:57 Mərkəzi Bankda yeni baş direktor təyin olunub - DOSYE 27 Yanvar 2020, 17:51 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 27 Yanvar 2020, 17:44 Prezidentdən Sumqayıtla bağlı mühüm SƏRƏNCAM 27 Yanvar 2020, 17:42 BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb 27 Yanvar 2020, 17:36 Dövlət Agentliyi sahibkarlara müraciət edib 27 Yanvar 2020, 17:30 Könül Nurullayeva seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR - VİDEO 27 Yanvar 2020, 17:24 Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir 27 Yanvar 2020, 17:18 Yaşlılar emosional intellektin inkişafı üzrə məşğələlərə cəlb edildi 27 Yanvar 2020, 17:12 BDU-da kadr dəyişikliyi - İki prorektor, bir dekan işdən ÇIXARILDI   27 Yanvar 2020, 17:06 Siyasi partiyalar Məzahir Pənahovun müraciətinə əməl etməyib 27 Yanvar 2020, 17:00 Sınaq imtahanına qeydiyyat başladı 27 Yanvar 2020, 16:54 Kamal Abdullanın romanı müzakirə olunacaq 27 Yanvar 2020, 16:48 Parlament seçkilərində bir yerə 11 nəfər namizəd mübarizə aparır 27 Yanvar 2020, 16:42 Dünyanın ən zəngin azərbaycanlısı 5 günə 400 milyon dollar İTİRDİ 27 Yanvar 2020, 16:36 Cavanşir Paşazadənin seçiciləri ilə izdihamlı görüşü - Fotolar 27 Yanvar 2020, 16:30 İndiki məktəbli formalarının aqibəti necə olacaq? - BTE-dən AÇIQLAMA 27 Yanvar 2020, 16:30 Uyğurlar təhlükədə: “Əgər bu virus düşərgəyə yayılsa, əsir saxlanılan türküstanlıların hamısı öləcək” 27 Yanvar 2020, 16:24 Ombudsmanın əməkdaşları AXCP fəalı ilə görüşüb 27 Yanvar 2020, 16:18 Exit-poll keçirmək istəyən təşkilatların adları AÇIQLANDI 27 Yanvar 2020, 16:12 Bir gündə 36 cinayətkar saxlanıldı  27 Yanvar 2020, 16:05 “İrəli” gəncləri  Trabzonda mübadilə proqramında iştirak edir - FOTOLAR 27 Yanvar 2020, 16:00
SORĞU Yeni parlamentdə kimlər olsun?