Arxiv
8 May 2018, 08:31 | FOTOSÖHBƏT
Şuşa ilə FOTOSÖHBƏT

Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhəri mədəniyyətimizin beşiyi sayılır. Bu tarixi şəhər 1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. 

 

Ermənilər havadarlarının yardımı ilə işğal etdikləri digər şəhər və rayonlar kimi Şuşa da  Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atıblar.  Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.  Bu şəhərin özəlliyi ondan ibarətdir ki, qala divarları ilə əhatə olunub.  Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılıb, zəngin muzey və kitabxanalar talan edilib, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabalığa çevirilib.

 

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşudbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıb, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atıblar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələyiblər.

 

Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfər əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. 

Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.


Modern.az
 26 ildir düşmən tapdağı altında əzilən Şuşanın fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə əslən Şuşa şəhərindən olan Səbuhi Şuşalı şərh edib.

 

Ermənilər tərəfindən yer üzündən silinmiş Şuşa şəhər 1№-li orta məktəb 

 

1№-li internat məktəbinin həyəti

 

 

Çuxur məhləsi. Qayabaşındakı ev. Bura əvvəllər uşaq evinin yeməkxanası idi, sonralar Tibb Texnikumu oldu

 

Daşaltı dərəsi. Topxana meşəsi

 

Yuxarı Gövhər ağa məscidi. Şuşanın işğalından əvvəl. XIX əsr memarlıq abidəsi.

 

Xurşudbanu Natəvanın dağıdılmış sarayının qalıqları. XIX əsr abidəsi idi

 

 

 

Üçmıx

 

Təzə məhəllə. 2017-ci il

 

Təzə məhəllə. Mehmandarovların evi. XIX əsr abidəsi

 

Şuşanın Gəncə qapısı. XVIII əsr memarlıq abidəsi

 

 

Şuşa-Mamayı məhəlləsi

 

Bülbülün Şuşadakı evi 

 

 

Daşaltı çayı

 

Şuşa XX əsrin əvvəli. Bazarbaşı, Güllü bağ, Rastabazar, Rus kilsəsi. Şəkil Saatlı məscidinin minarəsindən çəkilib

 

 

Şuşa Real məktəbinin binası. XX əsrin memarlıq abidəsi

 

Şuşa qalasının Şuşa sanatoriyasının ərazisindəki divarları. Şuşalılar bura Tufli deyirdilər

 

Şuşa - aprel 2018

 

Şuşa - 1962-ci il

 

Şuşa - 1950-60-cı illər

 

Şuşa - işğaldan əvvəl

 

Sol tərəfdəki uçuqları qalan yer köhnə hamam adlanırdı. Ön tərəfdə Ağayev Gərayın evi, sağ tərəfdə Şuşa şəhər Məhkəməsinin və Prokurorluğun inzibati binası.

 

Saatlı məscidi. 1883-cü ildə köhnə məscidin yerində inşa edilən bu məscid memar Kərbəlayi Səfixan Qarabağinin tikdiyi sonuncu məsciddir. Məscidin interyeri və minarəsi xüsusi zövqlə işlənmişdi.

 

 

Qarabağın III xanı Mehdiqulu xan Cavanşirin qızı, şairə Xurşudbanu Natəvan tərəfindən 1848-ci ildə Şuşa şəhərinin yaxınlığında, Qala divarlarının daxilində tikilmiş Şuşa türməsi.

 

Qarabağ xanının vəziri, şair M.P.Vaqifin Cıdır düzü yaxınlığındakı məqbərəsi.



M.Ə.Rəsulzadə küçəsi 1 saylı çoxmənzilli yaşayış binası.

 

İnşaAllah bu yolu getmək bizə qismət olar — Xankəndi-Şuşa yolu

 

 

Hamamqabağı məhəlləsi. Ə.Ağaoğlu küçəsi (keçmiş Kommunist küç.) Hacıyevlərin evi. İşğaldan əvvəl

 

Hamamqabağı məhəlləsi ilə Təzə məhəllənin kəsişdiyi yerdə yerləşən Şoferlər binası

 

Hacı Yusifli məhəlləsi

 

Hacı Qulular. İşğaldan əvvəl. XIX əsr abidəsi idi

 

Gəncə qapısı 

 

Əsası 1750-ci illərdə Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş Şuşa Qalasının Çöl qala məhəlləsindəki divarları

 

 Məşədi Cavadın evidir XIX əsr abidəsi

 

 

Şuşa qalasının əsasını quymuş Pənahəli xan Sarıcalı Cavanşirin (1693-1759/60) qəsrinin qalıqları

 

Xan qızı bulağı. 1873-cü ildə Xurşudbanu Natəvanın vəsaiti ilə inşa edilib.

 

 

  İşğaldan əvvəlki Şuşa

 

Qədim Şuşa. Köcərli məhəlləsi

 

 

Güllü bağ. Qarabağ mehmanxanası. İşğaldan əvvəl

 

Xan qızı şairə X.B.Natəvanın sarayı XIX əsrin memarlıq abidəsi idi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabah Gürcüstandan Azərbaycana 200 nəfər gətiriləcək 11 İyul 2020, 12:37 “Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru İSTEFA VERDİ 11 İyul 2020, 12:31 Pendiri, tülpanı, pivəsi ilə də məşhur azadlıqlar ökəsi - FOTOREPORTAJ 11 İyul 2020, 12:27 Azərbaycan Türkiyəyə uçuşların sayını ARTIRDI 11 İyul 2020, 12:22 Bakının bu küçəsində hərəkət dayandırılır 11 İyul 2020, 12:15 Koronavirusa yoluxan jurnalist SAĞALDI 11 İyul 2020, 12:09 İTBAŞI (8-ci bölüm) 11 İyul 2020, 12:02 Ər-Riyaddan çarter reyslə 83 nəfər gətirildi - FOTO 11 İyul 2020, 11:55 Tramp ABŞ-ın NATO-dan çıxmasına münasibət bildirib 11 İyul 2020, 11:49 Nazirliyin gəlirləri kəskin azalıb 11 İyul 2020, 11:42 Kürdə batanlardan birinin meyiti tapıldı 11 İyul 2020, 11:35 Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olundu - FOTO 11 İyul 2020, 11:29 Azərbaycan nefti bahalaşdı 11 İyul 2020, 11:22 Sonuncudan əvvəlki - ƏBÜLFƏT MƏDƏTOĞLU YAZIR 11 İyul 2020, 11:15 UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir 11 İyul 2020, 11:07 Koronaviruslu xəstələr üçün yeni oksigen generatoru işə salındı - FOTO 11 İyul 2020, 11:00 Prezident Cahangir Əsgərovla bağlı sərəncam İMZALADI 11 İyul 2020, 10:53 Parlamentin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin əsl ixtisası - Jurnalist, tərcüməçi, iqtisadçı… 11 İyul 2020, 10:45 Türkiyədə müalicə alan deputatdan XƏBƏR VAR 11 İyul 2020, 10:37 Xəzər rayonunda monitorinqlər davam etdirilir - FOTO 11 İyul 2020, 10:30 Azərbaycan nümayəndəsi ÜPİ-də sədr müavini seçildi 11 İyul 2020, 10:22 Başqasının vəsiqəsi ilə sərnişin daşıyan sürücü həbs edildi - FOTO 11 İyul 2020, 10:15 Mal-qara oğurlayan qəssab tutuldu - FOTO 11 İyul 2020, 10:08 Bu ölkədə fövqəladə vəziyyət daha bir ay uzadıldı 11 İyul 2020, 10:00 Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır 11 İyul 2020, 09:54 Sabirabadda 16 yaşlı qız özünü ağacdan asdı 11 İyul 2020, 09:48 Dünyada bir gündə koronavirusa REKORD yoluxma qeydə alındı 11 İyul 2020, 09:40 Sumqayıtda yataqxanada yandı 11 İyul 2020, 09:34 Aya Sofyada ilk Cümə namazı bu tarixdə qılınacaq 11 İyul 2020, 09:27 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 11 İyul 2020, 09:20 Yeni başçı Nizaməddin Quliyevin kadrını işdən çıxartdı 11 İyul 2020, 09:13 Facebook siyasi reklamı qadağan edir 11 İyul 2020, 09:07 NASA və Yaponiya Ayı birgə tədqiq edəcək 11 İyul 2020, 09:00 Agentlik ittihamlara cavab verdi 11 İyul 2020, 00:53 İsrail kosmosa yeni peyk buraxdı 11 İyul 2020, 00:37