Arxiv
14 mart 2013, 14:13 | FOTOSÖHBƏT
Xalq yazıçısı Anar FOTOLARDA

Rzayev Anar Rəsul oğlu - nasir, dramaturq, kinodramaturq - 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər gələcək həyat yoldaşı Zemfira Səfərovayla bir yerdə oxuyub.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb, evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.
Anar və Zemfira xanımın 2 övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yenidən quruma sədr seçilib.
1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq aparmaq Anara həvalə olunub. O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı olub.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif edib. Azərbaycanın Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Xalq yazıçısıdər (1998).
Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. 1960-cı ildə "Azərbaycan" jurnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələridir.
Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.
"Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Əlaqə", "Dantenin yubileyi", "Dədə Qorqud" əsərləri müxtəlif dillərdə çap olunub.
Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub. Rusiyanın "Mosfilm" kinostudiyasında "Mən, sən, o və telefon" hekayəsinin motivləri üzrə "Hər axşam 11-də" bədii filmi çəkilib.
Anar onbir bədii filmin ("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qoqud"- ilk iki hissəli Azərbaycan filmi, "Dantenin yubileyi", "Üzeyir ömrü", "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "İmtahan", "Əlaqə", "Təhminə", "Otel otağı"), bir neçə sənədli və televiziya filminin ("Dəniz", "Qobustan", "Daş saatın səsi", "Qədim Gəncə-Yeni Gəncə", "Bu-Səttar Bəhlulzadədir", "Bu-Javaddır", "Dindirir əsr bizi", "Evləri köndələn yar") ssenari müəllifidir. "Dantenin yubileyi" filminin habelə iki hissəli "Üzeyir ömrü", və "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.
Anarın şeirləri də var. Sözlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyib.
Şekspirin "Fırtına", B.Brextin "Qalileo Qaliley" pyeslərini, R.Taqorun "Bağban" mənsur şerlərini, A.Blokun,V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirib.
Anar 1970-72-ci illərdə Bakıda və Moskvada Recissor emalatxanasında oxuyaraq kino rejissoru diplomu alıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Rusiya ilə Türkiyə arasında gərginlik ABŞ-ın planıdır” - ŞƏRH           28 Fevral 2020, 11:40 İlham Əliyev nazirlərin toplantısında iştirak edir 28 Fevral 2020, 11:30 Elmar Qasımov Türkiyəli həmkarı ilə görüşüb - FOTO 28 Fevral 2020, 11:29 Müəllim olmaq istəyənlərin nəzərinə 28 Fevral 2020, 11:23 Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanıldı 28 Fevral 2020, 11:18 Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir 28 Fevral 2020, 11:13 Ərdoğanın köməkçisi Rusiyanı HƏDƏLƏDİ: “Qisasımız amansız olacaq” 28 Fevral 2020, 11:11 Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak etdi - FOTO 28 Fevral 2020, 11:10 Rusiya 33 türk hərbçisinin ölümünü ŞƏRH ETDİ 28 Fevral 2020, 11:05 Azərbaycan koronavirus olan ölkələrin siyahısına daxil edildi - vizaların verilməsi dayandırıldı 28 Fevral 2020, 10:58 Koronavirusdan qorunmağın sadə ÜSULU - Baş epidemioloqdan məsləhət 28 Fevral 2020, 10:56 NATO Türkiyəyə görə təcili iclasa toplanır 28 Fevral 2020, 10:55 Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq 28 Fevral 2020, 10:52 Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir 28 Fevral 2020, 10:46 Kaliforniya TV-lərində Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilir 28 Fevral 2020, 10:40 Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb 28 Fevral 2020, 10:34 Baba Rzayev Gürcüstanlı nazirlə görüşdü 28 Fevral 2020, 10:28 Dövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMA 28 Fevral 2020, 10:23 Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah faəliyyətə başladı 28 Fevral 2020, 10:16 Deputat kütləvi tədbirlərə qarşı: “Mitinqdə bir virus daşıyıcısı minlərlə insanı yoluxdura bilər” 28 Fevral 2020, 10:10 Ermənilər Xocalı Soyqırımına görə məsuliyyəti üzərlərinə götürüblər - TARİX 28 Fevral 2020, 10:03 Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı   28 Fevral 2020, 10:00 Diaspor Gənclərinin Yay Düşərgəsi: İdeoloji zənginlik, Birlik, Qarabağ...   28 Fevral 2020, 09:54 Bakıdan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı 28 Fevral 2020, 09:48 Rüfət Quliyev Tacikistanda parlament seçkilərini müşahidə edəcək 28 Fevral 2020, 09:42 Haram qidalar insanın qeyrətində də problemər yaradır - İLAHİYYATÇI İLƏ MÜSAHİBƏ 28 Fevral 2020, 09:36 Əsəd  hücumun əvəzini çox ağır verəcək - Vitse-prezident 28 Fevral 2020, 09:32 Kirayə mənzil almaq istəyənlərin nəzərinə 28 Fevral 2020, 09:26 “Öz ifaçılarımı axtarıram, hələ də tapa bilmirəm” - Doğum gününü qeyd edən Xalq artisti 28 Fevral 2020, 09:20 Ermənilər snayperləri işə saldılar - Cəbhədə təxribat 28 Fevral 2020, 09:14 Bakıda itkin düşən 5 nəfər tapıldı 28 Fevral 2020, 09:07 Suriyanın itkiləri: 17 gündə 1709 əsgər, 55 tank 28 Fevral 2020, 09:00 Daha bir ölkədə koronavirus qeydə alındı 28 Fevral 2020, 08:24 Çində koronavirusa yoluxanların yarısı sağalıb 28 Fevral 2020, 08:11 Türkiyə 33 şəhid verdi 28 Fevral 2020, 08:03