Arxiv
2 İyun 2018, 09:28 | ƏDƏBİYYAT
Müsəlman dünyasında ilk qadın deputat olan azərbaycanlının NƏVƏSİ: “Nənəm məclisə girəndə kişilər ayağa dururmuş”

1918-ci ildə qurulan Gürcüstan hökumətinin tərkibində təmsil olunan ilk azərbaycanlı qadın Pərixanım Sofiyeva bir çox müsbət xarakterlərinə görə bu gün də yaddaşlarda qalıb. Müstəqil, heç bir partiyada təmsil olunmamaq Pərixanım Sofiyevanın xarakterindən irəli gəlib. Bu səbəbdəndir ki, o, dünyada demokratik yolla deputat seçilmiş ilk müsəlman qadın olub.

 

Qısa arayış: Pərixanım Sofiyeva Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala ( və ya Qaracalar ) kəndində dünyaya gəlib.Çar dövründə çox məşhurluq qazanan Pərixanım Sofiyeva , 1918-ci ildə öz yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasını məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə daxil olub

 

Gürcüstan bolşeviklər tərəfindən işğal edildikdən sonra, 1921-ci ildə onların bütün mülkləri müsadirə edilib. Pərixanım Sofiyeva bolşeviklərə və Sovet idarəçiliyinə nifrət edib. Ahıl yaşlarına qədər öz qədim alman mauzer silahıyla gəzib. Stalinin "Böyük təmizləmə" kampaniyası zamanı Pərixanımın 8 qardaşından 5-i güllələnilib və kütləvi məzarlıqların birində dəfn edilib. Nəşləri hələ də tapılmayıb. Qardaşlarının öldürülməsindən sonra həyatını yalnız qardaşlarının övladlarını yetişdirib, oxutmaq üçün sərf edib.

 

Modern.az saytı olaraq Pərixanım Sofiyevanın qohumlarını, yaxınlarını axtarmaq qərarına gəldik. Uzun axtarışlardan sonra nəvəsi Əli Sofiyevlə əlaqə yarada bildik. Əli Sofiyev nənəsi Pərixanım Sofiyeva ilə bağlı bir çox məlumatları bizimlə bölüşdü.  

 

“9 qardaş, 3 bacı olublar”

 

“Pərixanım nənəmi sağlığında görmək mənə nəsib olmayıb. Amma anamdan, atamdan, əmilərimdən onun haqqında çox bilgilər əldə etmişəm. Pərixanım Sofiyeva  Qarayazının Qaracalar kəndində doğulub. Onun mənsub olduğu Sofiyevlər (Sofular) nəsli Tiflis quberniyasının məşhur ağa nəsillərindən biri olub. Sofiyevlər, xüsusilə də Sofu bəy Sofiyevin oğulları Allahverdi və Rəhim  1905-ci ildə erməni silahlı dəstələrinin Tiflis şəhərində dinc türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınlara qarşı Tiflis quberniyasının cənubunda başlamış xalq hərəkatında fəal iştirak ediblər. Bu nəslin nümayəndələrindən olan polkovnik Nuh bəy Sofiyev Azərbaycan Xalq Cümhuriyyəti ordusunun polkovniki, Qusarda qərar tutmuş 1 saylı “Tatar” (Azərbaycan) süvari alayının komandanı olub. Pərixanım Sofiyevanın törəmələri indinin özündə də Tiflisin yaxınlığındakı  Qaracalar kəndində yaşayırlar. Ailədə 9 qardaş 3 bacı olublar. Pərixanımın öz övladı olmadığına görə, qardaşı qızı Pompul xanımı övladlığa götürüb. Pompul xanımdan başqa o biri qardaşı qızlarını da böyüdüb və təhsil almalarına şərait yaradıb.

 

“Qəlyan çəkməklə yanaşı, Quran da oxuyurmuş”

 

Əli Sofiyev deyir ki,  Pərixanım Sofiyeva zahiri görünüşcə orta boylu, gözəl sifətə malik sarışın qadın olub.

 

“Pərixanım həmişə qəlyan çəkmiş, modern geyimdə gəzirmiş. Əslində, siqaret çəkmək dinimizdə haram buyurulmayıb. Sadəcə, bu da Pərixanımın gürcü cəmiyyətində böyüməsindən irəli gəlib. Pərixanımın təkcə kənddə deyil, bütün Qarayazı zonasında sözü keçib. Ona görə də “kişi Pəri” ləqəbini qazanıb.

 

Həm də o, kişilərə barmağını silkələməyi bacarırmış. Pərixanım məclislərə daxil olanda kişilər ayağa dururmuş.  Bir sözü iki olmazmış. Zabitəli qadın olub. Hətta, Azərbaycan dili ilə yanaşı, gürcü, rus dillərini də mükəmməl bilirmiş. Əsəbiləşəndə sözləri rusca deyirmiş. Pərixanım Quran oxumağı da bilirmiş. Tiflisdə yaşadığı dövrdə kəndə tez-tez faytonla gedib-gəlirmiş”.

 

Nəvəsinin sözlərinə görə, Pərixanımın həyatı çox ağır keçib.

 

“Pərixanım Sofiyevanın övladı olmayıb. O səbəbdən ki, o, heç vaxt ailə həyatı qurmayıb. Düzdür, imtiyazlarının çox olduğunu deyirsiz. Razıyam. Amma o dövr heç də asan deyildi. 1918-ci ildə yaradılan Gürcüstan hökuməti 1920-ci ildə dağılmalı olur. Daha sonra həm Gürcüstanda, həm də dünyada siyasi proseslər çox gərgin olur. Müharibəyə gedən qardaşlarına, onların uşaqlarına Pərixanım baxmalı olur.

 

Deyilənlərə görə, Pərixanımın üç qardaşı Rusiyanın Kursk vilayətinə sürgün edilir. Ağa nəslindən olduqları üçün kənddə “Ağalığın uşaqları” adı ilə də tanınan Sofiyevlərin bəziləri təqiblərdən yaxa qurtarmaq üçün soyadlarını dəyişməyə məcbur olurlar. Onların bir hissəsi hazırda Məmmədov soyadını daşıyır.

Yeri gəlmişkən qeyd edim ki, görkəmli coğrafiyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da bu nəsildəndir, daha dəqiq desək, Pərixanımın qardaşı Məcid ağanın nəvələrindəndir.  Dövrün keşməkeşli vəziyyətinə görə də ailə həyatı qura bilmir. Amma qardaşlarının qızlarını götürüb saxlayır. Dünənə kimi, həmin qızlar məktəblərdə dərs keçirdilər. Artıq dünyalarını dəyişiblər”

 

“Gürcüstan hökuməti dedi ki....

 

Əli Sofiyev deyir ki, Pərixanım Sofiyevanın məzarı yenidən daha yaxşı düzəldilib.

 

“Pərixanım Sofiyeva 1951-ci ildə vəfat edib. Onun məzarı çox baxımsız idi. Azərbaycan Cümhuriyyətinin 100 illiyində Azərbaycanın Gürcüstandakı səfirliyi mənimlə görüşdü və Heydər Əliyev Fondunun Pərixanımın məzarını yenidən abadlaşdırmaq fikrində olduqlarını dedilər.

 

Elə oldu ki, Gürcüstan hökuməti də bu işi öz üzərinə götürmək istədiklərini bildirdi. Təbii, mən məsələni Azərbaycan səfirliyinə çatdırdım. Onlar da bu məsələni normal qarşıladılar. Həmçinin, Gürcüstan hökuməti mənə dedi ki, Pərixanım Sofiyeva Gürcüstan vətəndaşı olub.

“Yaxşı olar ki, bu işi biz görək” dedilər. Təbii, mən də etiraz etmədim. Gürcüstan hökumətinə minnətdarlığımı bildirirəm. Çox sağ olsun Azərbaycan səfirliyi və Heydər Əliyev Fondu ki, bu işə can yandırdılar, mənimlə görüşdülər. İyunun 6-da məzarın açılışı olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ABŞ-dan ultimatum aldıqlarını təkzib edir 23 May 2019, 11:34 Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputat DANIŞDI 23 May 2019, 11:33 Azərbaycan qadın zorakılığı ilə bağlı Avropa Konvensiyasına qoşulacaq 23 May 2019, 11:26 Ağcabədidən Bakıya daşınan leş əti tutuldu 23 May 2019, 11:24 Azərbaycanda kişilərin 32.5 faizi qadınlara zorakılıq edir – BMT rəsmisi 23 May 2019, 11:17 600-dək əlil özünüməşğulluq proqramına cəlb olunub 23 May 2019, 11:11 Komitə sədri qadın zorakılığı ilə bağlı məsələ qaldırdı 23 May 2019, 11:07 Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01