Modern.az

Binəqədinin yeni icra başçısı sakinləri qəbula çağırdı - FOTO

Binəqədinin yeni icra başçısı sakinləri qəbula çağırdı - FOTO

Hadisə

8 İyun 2018, 15:21

Xəbər veridiyimiz kimi, prezident İlham Əliyevin iyunun 6-da imzaladığı sərəncamla Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Modern.az-ın məlumatına görə, vəzifəsinin icrasına başlayan yeni başçının ilk işi rayon sakinlərilə görüş olub. Belə ki, dünən 297 saylı tam orta məktəbin akt zalında icra başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirilib.

Görüşdə rayon rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Sakinlər onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir