Arxiv
16 Avqust 2018, 15:30 | HADİSƏ
Həyəcan təbili ÇALINDI: “Azərbaycan təhsilində kəmiyyət artır, keyfiyyət azalır”- İTTİHAM

Artıq Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edilib. Ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Demək olar ki, hər 9 nəfərdən 8-i tələbə adını qazanıb.

Lakin bunu  mənfi göstərici kimi qiymətləndirənlər də var. Qəbul asanlaşıb, hamı rahatlıqla tələbə adını qazana bilir – deyə fikirlər səsləndirilir.

 

“Ali məktəblərə mövcud qəbul mexanizmi kəmiyyətə hesablanıb”

 

Təhsil eksperti Nadir İsrafilov Modern.az saytına açıqlamasında deyib ki,cəmiyyət arasında  “təhsilimiz repetitorların çiynində inkişaf edir” fikri  əbəs yerəformalaşmayıb:

 

“Əlbəttə, ilk növbədə fürsətdən istifadə edib, mən də ali məktəblərə daxil olan bütün gənclərimizi və onların yaxınlarını təbrik edir,  onlara ölkəmizin gələcək inkişafı yollarında qismətlərinə düşəcək peşə fəaliyyəti sahəsində uğurlar arzulayıram. Şərəfli tələbə adını qazanmaq valideyn və məzunlarımızın fərəh və sevincinə səbəb olur.

 

Bununla yanaşı, ali təhsilin hamı üçün əlçatan olması, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı dövlətləri ilə rəqabət aparmaq kursu baxımından bu qəbul olunan haldır.

 

Lakin mövcud vəziyyət, başqa sözlə, ali məktəblərə tələbə qəbulu mexanizmi, gələcək perspektivlər baxımından o qədər də uğurlu görünməyib, istər-istəməz bəzi düşüncələrə qapılmağa sövq edir.

 

Təhsilin əlçatan olması bizim dövlətin təhsil sahəsindəki kursundan irəli gəlir. Müvafiq balı toplaya bilməyən tələbələrə ikinci şans verilir. Növbəti illərdə hətta üçüncü şans verilməsi barədə məlumatlar gəzib dolaşır. Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılmasına start vermək fikrinə düşmüşük və s. Bunlar hamısı farslar demiş,  “xub”. Dolayısı yolla da olsa çoxlarına aydındır ki, ali məktəblərə mövcud qəbul mexanizmi keyfiyyətə deyil, kəmiyyətə hesablanıb. Keyfiyyətsiz kəmiyyət bizə lazım deyil, bu, necə deyərlər aysberqin görünməyən tərəfidir”.

 

“Valyuta və beynimiz xaricə axın edir”

 

Ekspert  yaranan təhlükəli tendensiyadan da söz açıb:

 

“Yayılan statistik məlumatlara görə, ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İndi, gəlin görək, belə bir statistika təhsilin hamı üçün əlçatan olması deməkdir, yoxsa  “get pulunu ver oxu” deməkdir?

 

Dövlət universitetlərimizdəki ixtisasların 80 faizə qədəri, ödənişlidir. Elə isə, məsələn, BDU-dan dövlət sözünü çıxarıb, niyə  BU etmirik, və ya da, BZU - birdəfəlik bilinsin ki, bu ali təhsil müəssisəsi dövlət yox, özəl universitetdir. Beynəlxalq təhsil sisteminə inteqrasiya ediriksə, dünyanın bir çox dövlət universitetlərində ümumiyyətlə ödəniş yoxdur, əksəriyyətində isə bizimkilərindən qat-qat aşağıdır. Sonra da giley- güzar edirik ki, gənclərimiz xarici universitetlərə üz tutur, valyuta və beynimiz xaricə axın edir”.

 

“Bu qədər universitet və  diplomlu işsiz bizə lazımdırmı?”

 

N.İsrafilovvurğulayıb ki,təkcə müəllimlərin işə qəbulunda keçid balı uğrunda “ölüm-dirim” mücadiləsi aparan müəllimlərimizin sayı tələbatdan iki dəfədən artıqdır:

 

“150 və hətta 100 balla  klassik qiymətləndirmədə 0-a  bərabər tutulanları ali məktəb tələbəsi etmək, 600 bal toplayanı bu sevinci yaşamaq hissindən məhrum etmək  hansı məramdan irəli gəlir və hansı məqsədlərə xidmət edir? Bu barədə heç düşünən varmı? Bir də ki, məsələ təkcə bununla bitsəydi, dərd yarıydı...

Orta məktəbi nüfuzdan salmaq hesabına ali məktəbə tələbə hazırlığı adı ilə repetitor xidmətini necə anlayaq?

 

Yağışdan sonra göbələk kimi artmaqda olan, bilik, savad verməkdən daha çox kommersiya və biznes maraqlarına xidmət edən bir para kursları fasiləsiz reklam etmək yolu ilə  dəbə mindirmək, 11 ildə qazanılan təməl biliklərinin heç nəyə yaramadığını açıq şəkildə etiraf etmək, məktəb təhsilinə etimadsızlıq, müəllim əməyinə hörmətsizlik deyilsə, bəs onda bunun başqa adı nədir? 

Savad və səviyyəmizi orta məktəb illəri ərzidə qazanılmış sistemli bilik, bacarıq  və vərdişlər əsasında formalaşdırırıq.

 

Bizdə isə əksinə, repetitor və hazırlıq kurslarının əzbərçiliyə əsaslanan, istiqamətverici test tapşırıqları əsasında formalaşdırılır.

Bu, təhsilin dövlət standartlarına etinasızlıq kimi təhlükəli tendensiyadır. Əbəs yerə cəmiyyət arasında belə bir fikir formalaşmayıb ki, “Təhsilimiz repetitorların çiynində inkişaf edir.”

Bir də ki, bu qədər universitet və bu qədər diplomlu işsiz bizə lazımdırmı? Təkcə MİQ-də keçid balı uğrunda “ölüm-dirim” mücadiləsi aparan müəllimlərimizin sayı tələbatdan iki dəfədən artıqdır. TV-lərdə xarici həkimlərin fasiləsiz reklamlarından üzüntü keçirən həkim olmaq fikrinə düşənlərimiz isə, gələcək perspektivləri baxımından ATU-ya illik 4500 manat ödəniş etməyinə dəyər, yoxsa dəyməz barədə indidən baş sındırırlar...”.

 

“Bilik və bacarıqları aşağı olanları universitetə qəbul etmək kəmiyyət artımına gətirib çıxaracaq”

 

Təhsil eksperti Kamran Əsədov saytımıza danışarkən qeyd edib ki, onsuz da Azərbaycanda ali təhsilli şəxslərin sayı olduqca azdır:

 

“Belə ki, ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir. Bu da hər 1000 nəfərdən 124 nəfərinin ali təhsil aldığı deməkdir. Amma əlbəttə, bu sayı heç də keyfiyyətsiz kütlə ilə artırmaq lazım deyil. Düzdür, Prezident tərəfindən 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı üzrə dövlət strategiyasında qeyd olunur ki, təhsil əlçatan olmalıdır. Lakin bu zaman minimum tələblər aşağı keyfiyyyətli olmamalıdır.

 

150 balla, yəni tələb olunan maksimum baldan - 700 baldan dəfələrlə aşağısını qəbul etməkdənsə, birbaşa buraxılış imtahanlarının nəticələri ilə qəbul aparmaq olar.  

 

Nəzərə alsaq ki, onsuzda universitetlərdə yüksək səviyyədə təhsil verilmir və əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçrilmir, o zaman bilik və bacarıqları aşağı olanları universitetə qəbul etmək ancaq kəmiyyət artımına gətirib çıxaracaq.  Burada heç bir keyfiyyət artımı ola bilməz”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10 Ramil Səfərov barəsindəki iddialar TƏKZİB OLUNDU 4 Dekabr 2021, 14:57
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?