Modern.az

Bulvara girişin pullu olması: “Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını Allah bilir” 

Bulvara girişin pullu olması: “Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını Allah bilir” 

18 Avqust 2018, 10:07

Bir neçə gündür, sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisinə girişin pullu olması ilə bağlı  şikayətlər əks olunur.

 

“Maşınlar ötüşürdü”

 

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov Modern.az saytına açıqlamasında deyib ki,  bəzi adamlar bu məsələni şişirdə bilər, lakin Bulvarın 16 kilometrə yaxın ərazisi hər kəsə  açıqdır:

 

“İstənilən adam pulsuz girə bilir, yeraltı keçidlərdən istifadə edir. Bulvara girişin pullu olması yanlış informasiyadır. Neftçilər prospekti boyu  maşınların park edildiyi  xüsusi yerlər var. Lakin Su idmanı Sarayından qabaqda, Bayıl tərəfdə  şlaqbaum qoyulub. Bunun əsas səbəbi həmin ərazidə  xüsusilə axşam çağı maşınların ötüşmələr təşkil etməsi, bir-biri ilə yarışmasıdır. O cümlədən həmin ərazidə taksilər bizim suvarma sistemindən istifadə edib maşınlarını yuyurdular. Yaxud gecə vaxtı, hava qaralanda gənclərin  maşınla orda dayanıb nə işlə məşğul olduqlarını bir Allah bilir. Yəni şəhər sakinlərinin haqlı şikayətləri var idi ki, orda xoşagəlməz hallar baş verir”.

 

“Bir mühafizəçi 100 adama necə nəzarət edə bilər?”

 

Bulvar İdarəsinin rəsmisi bu cür halların qarşısını almaq üçün atılan addımın qanuna uyğun olduğunu qeyd edib:

“Bunun qarşısını almaq  üçün Bulvar İdarəsi  şlaqbaum qoyub. Qeyd edim ki, bu, Bulvar İdarəsinin səlahiyyətində olan məsələdir.  Kim maşınla əraziyə  daxil olmaq istəyirsə, 1 manatını ödəyib  maşını saxlaya bilər və bu, limitsizdir. Yəni  saat məhdudiyyəti yoxdur. Əgər  həmin əraziyə pulla daxil olmaq 3-5 adamın narazılığına səbəb olubsa da, yüzlərlə insanın  razılığı ilə nəticələnib.  Bir mühafizəçi 100 adama necə nəzarət edə bilər? Həmin yer  nəzarətsiz qalmasın, səliqə-səhmanla  idarə edilsin, xuliqanlıq baş verməsin deyə,  məcbur , qanun-qayda ilə ərazini pullu etmişik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi