Arxiv
20 Sentyabr 2018, 16:45 | MƏDƏNİYYƏT
Aşura: Hansı müsəlman ölkəsi necə qeyd edir?

Bu gün Azərbaycanda Məhərrəm ayının Aşura günü qeyd olunur.

 

Məhərrəm ayının onuncu gününü bildirən Aşura ilə bağlı İslam aləmində ciddi fikir ayrılığı var. Bu fikir ayrılığına görə mərasim əsasən bir-birinin əksini nümayiş etdirəcək şəkildə keçirilir.

Bütün bunlar Aşuraya aid fikirlərin fərqliliyindədir. Ümumiyyətlə, İslam aləmindəki ən vacib hadisələr bu gün ilə əlaqələndirilir.

 

Buraya Adəmin tövbəsinin qəbul edilməsi, Nuhun gəmisinin torpağa çıxmağı, İbrahimin alovlarda yanmaması, Musanın və qövmünün azad olması və fironun dənizdə boğulması, Yaqub peyğəmbərin oğlu Yusifə qovuşması, imam Hüseynin Kərbəla hadisələri kimi bir çox önəmli hadisələr aid edilir.

 

Bu günün vacibliyini göstərmək üçün yuxarıda çəkilən nümunələri əsasən iki yerə bölmək olar. Buradakı fikir ayrılığı Kərbəla hadisələrini ( şiə və ələvilər) və digərlərini əsas götürənlərlə bağlıdır. Bu səbəbdən də bir qrup bu günə bayram kimi baxdığı halda, digər qrup Aşuranı faciə kimi qeyd edir.

 

Modern.az saytı Aşura gününün digər İslam ölkələrdə necə keçirildiyini araşdırıb.

 

Əvvəlcədən qeyd etmək lazımdır ki, göstərilən adətləri həmin ölkələrdə yaşayan hər bir müsəlmana aid etmək olmaz. Bu qayda yalnız İran üçün aid edilməyə bilər. Belə ki, İran rəsmi olaraq şiəliyi təbliğ etdiyi üçün və burada hər bir şey dövlət tərəfindən tənzimləndiyi üçün bu ölkə istisna təşkil edir.

 

İranda bu hadisə dövlət səviyyəsində qeyd edilir. Aşurada iş yerləri bağlanır. İnsanlar qara libasa bürünərək, bir yerə toplaşır, ürək dağlayan hekayələr danışır və özlərindən qan çıxarırlar. Bu gündə Kərbəlada ölənlərlə həmrəylik nümayiş etdirirlər. Həmçinin, bu gün Kərbəlada baş verənlər səhnələşdirilir və insanlara nümayiş etdirilir. İranda Aşura günü ilə əlaqədar Kərbəla şəhidlərinin adına ehsanlar paylanılır.

 

Livanda da bu gün müsəlmanlar qara geyinib, bir yerə toplaşır, din xadimləri tərəfindən danışılan ürək dağlayan hekayələrə qulaq asır, hüzn nümayiş etdirirlər. İrandan fərqli olaraq, özündən qan çıxarmaq adətinə bu ölkədə elə də əməl edilmir. Burada da din xadimləri tərəfindən Kərbəla hadisələri barədə maarifləndirmə işləri aparılır.

 

İraqda da Aşura İran və Livandakı kimi Kərbəla hadisələri timsalında keçirilir. Bu gündə insanlar qara geyinərək, böyük yürüşlər təşkil edir, Kərbəla hadisələrini səhnələşdirir və özlərindən qan çıxararaq, həmrəylik nümayiş etdirirlər. Burada da ehsanlar paylanır və insanlar “Ya Hüseyn!”, “Ya məzlum!” və “Ya şəhid!” kimi şüarlar səsləndirirlər.

 

Türkiyədə Aşura əsasən Nuhun gəmisinin torpağa çıxdığı gün kimi, yəni daha çox yaxşı hadisələrlə bağlı qeyd edilir. Aşura günündə oruc tutulur və "Aşura" adlanan xüsusi yemək hazırlanır. İnanca görə, bu yemək Nuh peyğəmbərin gəmisinin torpağa çıxdığı gün gəmidə qalan ərzaqlardan hazırladığı xilas yeməyi olub. Bu yemək ehsan kimi yaxın adamlara paylanılır. Həmçinin, Aşura namazı da qılınır.

 

Səudiyyə Ərəbistanında da bu gün yaxşı hadisələrlə əlaqədar qeyd edilir. Burada da insanlar oruc tutur, Aşura yeməyi hazırlanır və bu günə xas namaz qılınır.

 

İndoneziyada da Aşura Türkiyə və Səudiyyə Ərəbistanındakı kimi qeyd edilir. Burada da müsəlmanlar oruc tutur, namaz qılır və Aşura yeməyini hazırlayırlar.

 

Bu sözün etimologiyasına nəzər salaq. "Aşura" sözünün bir çox dillərdə keçdiyi iddia edilir. Bu sözün həm ərəb dilində 10 rəqəmini bildirən “aşr”, “aşir” və dəvə mənasını verən “işr” sözlərindən törəndiyi iddia edilir, eyni zamanda qədim ibrani dilindən “aşür” sözündən gəldiyi bildirilir.

 

Xatırladaq ki, Aşura günü yəhudi dinində də qeyd edilir. Bu gün yəhudilərdə fironun hakimiyyətindən azad olduğu gün hesab edildiyindən əsasən yeddinci ay olan Tişr ayının onuncu günü kimi qeyd edilir. Aşura gününü yəhudilər bayram günü kimi qeyd edərək, bütün il boyu günahlarından təmizlənmək üçün oruc tuturlar. Aşura günü yəhudilərə oruc tutmaq vacibdir.

 

Qeyd edək ki, İslamda Aşura günü oruc tutmaq adətinin yəhudilərdən keçdiyi rəvayət olunur. Belə ki, rəvayətə görə Mədinəyə hicrət edən Məhəmməd peyğəmbər burada yəhudilərin bu gün oruc tutduqlarını görür. Onlardan həmin gün Musa peyğəmbərin də oruc tutduğunu öyrənən Məhəmməd peyğəmbər özü də oruc tutmağa başlayır və müsəlmanlara da oruc tutmağı tapşırır. Lakin bir fərq var ki, yəhudilərdə bu gün oruc tutmaq vacib olduğu halda, müsəlmanlarda oruc vacib sayılmır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağsuda 4 yaşlı uşağı maşın vurdu 18 Avqust 2019, 00:29 “6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR 18 Avqust 2019, 00:11 “Qarabağ”ın ilk oyununu isveçrəli hakimlər idarə edəcək 17 Avqust 2019, 23:42 “Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə naziri 17 Avqust 2019, 23:26 Dənizdə batan 3 nəfər xilas edildi 17 Avqust 2019, 23:09 İsrailə raket hücumu 17 Avqust 2019, 22:49 Azərbaycan tankçıları dördüncü oldu - FOTO 17 Avqust 2019, 22:32 10 569 abituriyent ərizəsini təsdiqlədi 17 Avqust 2019, 22:11 Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi 17 Avqust 2019, 21:47 Nazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi 17 Avqust 2019, 21:28 Avropa Komissiyasının sədri təcili xəstəxanaya yerləşdirildi 17 Avqust 2019, 21:11 Oteldəki yanğında ölənlərin sayı 9-a çatdı 17 Avqust 2019, 20:56 Göyçayda toy karvanında qəzaya düşən 6 nəfər yaralandı   17 Avqust 2019, 20:38 Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıb - FOTO 17 Avqust 2019, 20:17 İstanbul su altında: sel suları can aldı - VİDEO 17 Avqust 2019, 20:01 Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər 17 Avqust 2019, 17:55 Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var 17 Avqust 2019, 17:34 Ucarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimir 17 Avqust 2019, 17:18 ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər 17 Avqust 2019, 16:59 Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü 17 Avqust 2019, 16:42 Bakı Metropoliteni mülki işçi axtarır 17 Avqust 2019, 16:40 Fazil Mustafa Sərdar Cəlaloğluna: “Gülümsərovluq edən cahil...” 17 Avqust 2019, 16:30 Hollandiya şahzadəsi vəfat etdi 17 Avqust 2019, 16:06 Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib 17 Avqust 2019, 15:56 Bakıda tələbəni soyan şəxs tutuldu 17 Avqust 2019, 15:51 “Maaş artımı qiymət artımları üçün psixoloji şərait yaradır” 17 Avqust 2019, 15:30 Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı 17 Avqust 2019, 15:23 Paşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır 17 Avqust 2019, 14:57 Narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb 17 Avqust 2019, 14:53 Bakıda magistralda avtomobil yanır, tıxac var 17 Avqust 2019, 14:42 Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb 17 Avqust 2019, 14:31 Xocəsən poçt şöbəsində hücum – yaralanan var 17 Avqust 2019, 14:16 Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var 17 Avqust 2019, 13:54 Sentyabrda kirayə evlər bahaşacaq 17 Avqust 2019, 13:31 Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi 17 Avqust 2019, 13:28