Arxiv
24 Sentyabr 2018, 16:35 | AKTUAL
İŞİD yeni təhlükə yaradır...

Bir vaxtların qorxulu kabusuna çevrilən İŞİD yenidən aktivləşmək üzrədir. Belə ki, dünən İŞİD terror qruplaşmasının yaraqlıları İraqın Kərkük vilayətində neft kəmərini partladıblar. Partlayış nəticəsində meydana gələn yanğın çox böyük çətinliklə söndürülüb.

Eyni zamanda İranın Əhvaz şəhərində də törədilən terrorun İŞİD tərəfindən həyata keçirildiyi haqqında iddialar var.  

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Elxan Şahinoğlu Modern.az-a açıqlamasında  deyib ki, İŞİD özünü yenidən beynəlxalq aləmin gündəminə gətirmək niyyətindədir.

 

“Qorxulu insident yarana bilər”

 

“Son bir neçə il ərzində Suriyada, İraqda İŞİD-ə çox böyük zərbələr dəyərək xeyli zəifləmişdi. Görünür, zərbəyə baxmayaraq son terror aksiyalarında hələ də  güclü olduqlarını  göstərməyə çalışırlar. İraqın Kərkük vilayətində baş verən partlayışdan sonra  beynəlxalq aləmə sübut etməyə çalışırlar ki, istədiyi hədəfi vura bilərlər. Bu o deməkdir ki, həmin dövlətlər, beynəlxalq konvensiyalar İŞİD-ə, terrora qarşı mübarizəni gücləndirməlidirlər. Güclü partlayışların davamı gələcəkdə qorxulu insidentlər də yarada bilər”.

 

“Region üçün təhlükəlidir”

 

Politoloqın sözlərinə görə, İŞİD-in yenidən aktivləşməsi region üçün də təhlükəlidir

 

“İŞİD vaxtilə çox zəif  qruplaşma idi və zaman keçdikcə gücləndi. İraqın, Liviyanın yarısını tutdular. Buna illər lazım oldu. Böyük dövlətlər İŞİD-in bir hissəsini neytrallaşdırdılar. İŞİD isə özünü göstərmək üçün fürsət axtarır.

 

İŞİD-in İraqda partlayış törətməsi region üçün təhlükəlidir. Boru xətlərinin partladılması, enerji resurslarına edilən hücumlar bizi də düşündürməlidir. Çünki biz regionun əsas enerji təminatçısıyıq. İstəyirik ki, enerji resurslarımız dünya bazarına çıxsın. Boru xətlərinin keçdiyi ərazilər də terrorçuların nəzarətindən o qədər də uzaq deyil. Ona görə də aksiyaların qarşısını almaq üçün Azərbaycan terrorçulara qarşı mübarizədə böyük dövlətlərin yanında olmalıdır. Təbii, biz bu məsələdə işlərimizi davam etdiririk.

 

Təhlükəsizliyimiz elə məsələdir ki,  hər zaman diqqət mərkəzində olmalıdır. Fikir verin: Gəncədə baş verən olaylar yaxın tarixin hadisəsidir. Heç kimin ağlına gəlməzdi ki, Gəncədə radikal şəbəkə var. Hadisəni törədib ardınca polisləri öldürdülər. O zaman anladıq ki, böyük təhlükə var. Ona görə də təhlükəsizliyi daim diqqətdə saxlamaq lazımdır. Çünki radikal qruplaşmalar fürsət axtarırlar ki, zəif nöqtələr tapıb orada möhkəmlənsinlər”

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı” 20 Noyabr 2019, 16:36 Doqquz ayda 46898 nikah, 12713 boşanma... 20 Noyabr 2019, 16:35 Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub 20 Noyabr 2019, 16:20 Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM 20 Noyabr 2019, 16:11 Putin Zelenskini “yaraşıqlı” adlandırdı 20 Noyabr 2019, 16:05 Əbülfəs Qarayev Parisdə 4 ölkənin naziri ilə görüşüb - FOTO 20 Noyabr 2019, 15:58 Bakıda “gəlin maşını” yanıb külə döndü - VİDEO 20 Noyabr 2019, 15:51 Azərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıb 20 Noyabr 2019, 15:45 Xəzərin dibi ilə Qazaxıstandan Azərbaycana kabel xətti çəkilir 20 Noyabr 2019, 15:38 Türkiyəli həkimlər Oqtay Gülalıyevi əməliyyat etdilər - Beyninə “trubka”qoyuldu 20 Noyabr 2019, 15:32 Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir 20 Noyabr 2019, 15:26 Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub 20 Noyabr 2019, 15:20 Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri... 20 Noyabr 2019, 15:12 Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 20 Noyabr 2019, 14:23 İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ... 20 Noyabr 2019, 14:16 Azərbaycanda bahalaşma - RƏQƏMLƏR 20 Noyabr 2019, 14:10 Prezident Beynəlxalq Türk Akademiyasının işinə qiymət verdi 20 Noyabr 2019, 14:04 Prezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAM  20 Noyabr 2019, 13:46 Hitlerin doğulduğu ev polis məntəqəsi olacaq 20 Noyabr 2019, 13:45 Bələdiyyə üzvlüyünə namizədlər RƏQƏMDƏ 20 Noyabr 2019, 13:43 AÇ-2020-yə vəsiqə qazanan 20 komanda - SİYAHI 20 Noyabr 2019, 13:38 Musa Quliyev “Şərəf” medalı ilə təltif olundu - FOTO 20 Noyabr 2019, 13:31 İvanişvili 140 milyon dollar İTİRDİ: “Heç vəhşi Rusiyada belə şey olmurdu” 20 Noyabr 2019, 13:25 Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı 20 Noyabr 2019, 13:20 Sabahın hava PROQNOZU - Bakıya yağış, rayonlara sulu qar 20 Noyabr 2019, 13:12 Balakəndə narkobaron saxlanıldı - FOTO 20 Noyabr 2019, 13:11 Əfqanıstanda 13 hərbçi güllələndi 20 Noyabr 2019, 13:06 Xaçmaz və Şəkidə 5000 ton toxum emal olunub 20 Noyabr 2019, 12:58