Modern.az

Dövlət qulluğunda işləmək istəyənlərə imkan: yeni müsabiqə başladı (ELAN)

Dövlət qulluğunda işləmək istəyənlərə imkan: yeni müsabiqə başladı (ELAN)

Ölkə

21 Oktyabr 2011, 15:52

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2011-cu il 21 oktyabr tarixindən 28 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 392 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.


Komissiyadan Modern.az-a bildirlib ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 295-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 79-u isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumin müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 15-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 3-ü isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı  - 15 test tapşırığı;

2. qanunvericilik sahəsində  - 40 test tapşırığı;

3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytından yerləşdirilib.
Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə
o cümlədən qeydiyyatla bağlı ətraflı məlumat “Respublika” qəzetinin 21 oktyabr 2011-ci il tarixli sayında və 21oktyabr 2011-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az verilib.

Müsabiqə və ümumi müsahibəyə çıxarılan vakant vəzifələrin mərkəzi icra hakimiyyəti orqanları, apellyasiya və birinci instansiya məhkəmə orqanları üzrə statistikası aşağıdakı cədvəllərdə verilib.

Cədvəl 1. Müsabiqəyə vakant vəzifə təqdim edən dövlət orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Əmlak Məsələləri Dövlət Komitəsi

133

2.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

62

3.

Sənaye və Energetika Nazirliyi

46

4.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

13

5.

Maliyyə Nazirliyi

12

6.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

7

7.

Gənclər və İdman Nazirliyi

6

8.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

5

9.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

4

10.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

4

11.

Dövlət Statistika Komitəsi

1

12.

Satınalmalar üzrə Dövlət Agentliyi

1

Cədvəl 2. Müsabiqəyə vakant vəzifə təqdim edən məhkəmə orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Bakı şəhər Xətai Rayon Məhkəməsi

11

2.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

10

3.

Bakı şəhər Nəsimi Rayon Məhkəməsi

9

4.

Bakı şəhər Yasamal Rayon Məhkəməsi

9

5.

Şirvan İnzibati-İqtisadi Məhkəməsi

7

6.

Bakı Apellyasiya Məhkəməsi

6

7.

Şəki Ağır Cinayətlər Məhkəməsi

6

8.

Abşeron Rayon Məhkəməsi

4

9.

Bakı şəhər Binəqədi Rayon Məhkəməsi

4

10.

Bakı şəhər Suraxanı Rayon Məhkəməsi

4

11.

Gəncə İnzibati-İqtisadi Məhkəməsi

4

12.

Şəmkir Rayon Məhkəməsi

3

13.

Ağsu Rayon Məhkəməsi

1

14.

Göyçay Rayon Məhkəməsi

1



Cədvəl 3.
Ümumi müsahibəyə vakant vəzifə təqdim edən mərkəzi icra hakimiyyəti orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Əmlak Məsələləri Dövlət Komitəsi

10

2.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2

3.

Sənaye və Energetika Nazirliyi

2

4.

Gənclər və İdman Nazirliyi

1

Cədvəl 4. Ümumi müsahibəyə vakant vəzifə təqdim edən məhkəmə orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Şəki Apellyasiya Məhkəməsi

1

2.

Bakı şəhər Nəsimi Rayon Məhkəməsi

2

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?