Arxiv
3 Dekabr 2018, 23:56 | HADİSƏ
İsmət Qayıbov doğuldu

Bu gün günorta saat 12.58 dəqiqədə Respublika Prokurorluğunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İsmayıl Qayıbovun oğlu dünyaya gəlib. Üç qızdan sonra 49 yaşlı İsmayıl Qayıbov 4-cü uşaq atası, oğul atası olub.

 

 

Modern.az xəbər verir ki, oğlunun adını İsmət qoyan İsmayıl Qayıbov bu barədə “Tvitter” hesabında yazıb: "Bu gün günorta mənim çoxdan gözlədiyim oğlum doğuldu - İsmət Qayıbov!".

 

 

Qeyd edək ki, hazırda Respublika Prokurorluğunda çalışan İsmayıl Qayıbov 1991-ci ilin noyabrında Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus “Mi-8” helikopterinin vurulması zamanı həlak olan Azərbaycan Respublikasının Baş prokuroru İsmət Qayıbovun oğludur.

 

 

 

Xatırladaq ki, 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olunan İsmət Qayıbov 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilib. İsmət Qayıbov 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində işləyib.

 

 

 

İsmət Qayıbov erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına daim etiraz edirdi. O, həmçinin, Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirirdi ki, şəxsən 96 nəfər barəsində həbs-qəti imkan tədbiri seçib. İsmət Qayıbov hələ o dövrdə 20 yanvar faciəsini "Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırır və bildirirdi ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrı çıxmışdılar".

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05 Azərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT 24 Fevral 2020, 12:00 “Filizçay yatağının istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq” - Zakir İbrahimov 24 Fevral 2020, 11:55 Vilayət Eyvazovdan Vaqif Əsədovun bölməsinə yeni TƏYİNAT 24 Fevral 2020, 11:50 Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək 24 Fevral 2020, 11:44 Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib 24 Fevral 2020, 11:38 İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı 24 Fevral 2020, 11:34 “Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasıdır” 24 Fevral 2020, 11:32 Azərbaycan ordusunun əsgəri şəhid oldu - FOTO 24 Fevral 2020, 11:27 Hikmət Hacıyev: “Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi” 24 Fevral 2020, 11:20 Bakıda yaşayış binasında yanğın olub 24 Fevral 2020, 11:14 Baş infeksionistdən əhaliyə müraciət: İrana getməyin 24 Fevral 2020, 11:09 Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI 24 Fevral 2020, 11:03 İnam Kərimov direktoru işdən ÇIXARDI 24 Fevral 2020, 11:01 Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb 24 Fevral 2020, 10:56 Azərbaycan “Böyük Dəbilqə”ni 4 medalla başa vurdu 24 Fevral 2020, 10:50 Prezidentin köməkçisi: Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır 24 Fevral 2020, 10:44 “Məcburi köçkün qadınların ədalət çağırışı müstəsna əhəmiyyətə malikdir” - Ombudsman 24 Fevral 2020, 10:38 Hicran Hüseynovadan BMT-yə ETİRAZ 24 Fevral 2020, 10:32 Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı 24 Fevral 2020, 10:26 I sinfə qəbul üçün müsahibələr başladı 24 Fevral 2020, 10:20 “BMT TŞ-nin qətnamələri icra edilənə qədər qüvvədədir” - Hikmət Hacıyev 24 Fevral 2020, 10:13 Bakıda idman zalından oğurluq oldu 24 Fevral 2020, 10:06 İsgəndər Həmidovu xaricə aparmağın əhəmiyyəti yoxdur - HƏKİMİ DANIŞDI 24 Fevral 2020, 10:00 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Fevral 2020, 09:54 Leyla Əliyeva şiddətə məruz qalan qadınlara dəstək oldu - VİDEO 24 Fevral 2020, 09:52 İrandan gələn avtobuslar hər gün dezinfeksiya olunur - Nuridə Allahyarova 24 Fevral 2020, 09:46 “Qarabağ məktəbi”nin müəllimi: “Son 3-4 ildə Polşaya gələn azərbaycanlıların sayında inanılmaz artım var” 24 Fevral 2020, 09:40 Bakıda itkin düşənlər tapıldı 24 Fevral 2020, 09:35 “Gərək dünyada bütün azərbaycanlıları öldürəsən ki, Şuşa işğalda qala” - MÜSAHİBƏ 24 Fevral 2020, 09:30 Hökümət koronavirusla mübarizəyə pul ayırdı 24 Fevral 2020, 09:24