Arxiv
7 Dekabr 2018, 08:23 | HADİSƏ
Fəxri xiyabanda kimlər dəfn olunmalıdır? - MÜBAHİSƏ  

Son illər tanınmış şəxslər, şair və yazıçılar, bəstəkarlar rəhmətə getdikdə onların dəfni ilə bağlı mübahisəli məqamlar ortaya çıxır. Fəxri xiyabanda dəfn olunma qayaları, bu prosesin tənzimlənməsi ilə bağlı nüanslar  bir qədər qapalı olduğundan insanlar arasında çaşqınlıq da yaranıb. Bu məsələdə fərdi yanaşmanın olması fikri hakim kəsilməyə başlayıb. Xüsusilə, bir neçə il öncə, xalq yazıçısı Sabir Əhmədovun Fəxri xiyabanda dəfninə icazə verilməməsi, digər xalq yazıçısı İsa Muğannanın Fəxri xiyabanda dəfninə gec qərar verilməsi, ustad Aşıq Ədalətin doğulduğu Qazax rayonunda torpağa tapşırılması belə fikirlərin tez-tez səslənməsinə gətirib çıxardı.  

Bəs maraqlıdır, qaydalara əsasən, kimlər Fəxri Xiyabanda dəfn edilə bilər? Bununla əlaqədar şərtlər nələrdir?

Bu suallara cavab tapmaq üçün Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə əlaqə saxladıq. Departamentin hüquq şöbəsindən bildirildi ki, tanınmış şəxslər vəfat etdikdə, onların Fəxri xiyabanda dəfn olunması ilə bağlı Nazirlər Kabineti və digər üst qurumlar qərar qəbul etməlidir:


“Görkəmli şəxslərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı ölkə başçısının fərmanı olmalıdır. Bu zaman vəfat edən şəxslərin qəbir abidəsinin ucaldılması, abadlıq işlərinin həyata keçirilməsini ayrılan vəsait hesabına Əhaliyə Vətəndaşlıq Xidməti Tresti həyata keçirir. I və II Fəxri xiyaban olmasının fərqi yoxdur, eyni qaydalar tətbiq olunur”.

Qeyd edək ki, Fəxri xiyaban Azərbaycan hökumətinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılıb. 


Fəxri xiyabanda dəfn olunanlar əsasən Sovet hakimiyyəti və müstəqillik illərində yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənmiş insanlar, tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci Dünya müharibəsi illərində alman faşizminə qarşı döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş adamlardır.

Sovet hakimiyyətinin qurulması və möhkəmlənməsində fərqlənmiş bolşeviklərin, yüksək vəzifəli partiya işçilərinin də bir qismi Fəxri xiyabanda dəfn olunub. Dəfn olunanlar arasında Azərbaycandan kənarda çalışsalar da, xalqa xidmətdə xüsusi fədakarlıq göstərmiş insanlar da var. Beləliklə, Fəxri xiyaban vaxtaşırı ziyarət yerinə çevrilmişdir.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, insanın harada dəfn olunması onun dəyərini yüksəltmir:

“İnsanlar bilməlidir ki, Allah qatında yüksək mərtəbədə olmaq lazımdır. Fəxri Xiyabanda dəfn olunma məsələsində isə konkret nəzərdə tutulan qaydalar var. Ola bilər, həmin qaydalara baxılmadan addım atılsın. Bu isə zaman-zaman mübahisəli məqamları ortaya çıxarır. Məsələn, akademik Məşədixanım Nemətova vəfat etdikdə Zabratda kimsəsiz bir məkanda dəfn edildi. Heç bir bir əhəmiyyət verilmədi ki, o, öz gücünə akademik olmuş, Azərbyacanın sayılıb-seçilən şəxsiyyətlərindən biri idi.

Qeyd etdiyim kimi, insanlar bu məqamlara diqqət etməkdənsə, öz əməlləri ilə, fəaliyyətləri ilə hörmət qazansalar daha yaxşı olar. Fəxri xiyabanda dəfn olunan, buna rəğmən Azərbaycanı sevməyən, onun müstəqilliyini qəbul etməyən, bu xalqa ziyan vurmağa çalışan insanlar da var. Əli Bayramov və başqalarını misal gətirmək olar. Ona görə, Fəxri xiyabanda dəfn olunmaq deyil, yaxşı əməlləri ilə seçilmək prioritet olmalıdır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34