Arxiv
12 Dekabr 2018, 19:39 | DİASPOR
Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb - FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) kollektivi və bir qrup diaspor rəhbəri bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyub.

 

Modern.az saytı xəbər verir ki, Fəxri xiyabanı ziyarətdən sonra Dövlət Komitəsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimi giriş sözü ilə Komitə sədri Fuad Muradov açaraq tədbirdə iştirak edən qonaqları salamlayıb. Qeyd edib ki, dahilər ölmür, onların ancaq doğum günləri olur, Heydər Əliyev də daim bizimlədir.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyev Fondunun ulu öndərə həsr etdiyi qısametrajlı sənədli filmi nümayiş olunub.



Mərasimdə iştirak edən Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, ölkənin inkişafında ulu öndərin misilsiz xidmətlərindən danışıb. Deputat ulu öndərin 1993-cü ildə parlamentdə gənclərlə keçirdiyi görüş, I Gənclər Forumu, daha sonra ölkənin idman ictimaiyyəti ilə keçirdiyi görüşlərlə bağlı xatirələrini bölüşüb.

Dövlət Komitəsinin sədri Fuad Muradov isə müstəqil Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycan diaspor siyasətinin formalaşması, xaricdəki soydaşlarımızın təşkilatlanması, DİDK-nın yaradılması istiqamətində əvəzsiz rolundan bəhs edib. Bu gün ulu öndərin azərbaycançılıq ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin xaricdəki soydaşlarımıza hər zaman diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Dövlət Komitəsinin sədri həmçinin, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ulu öndərin zəngin irsinin, ölkəmizin mədəni dəyərlərinin davamlı olaraq təbliğ edildiyini də diqqətə çatdırıb.

 

Anım mərasimində Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən diaspor rəhbəri Aleksandriya Soltanzadə və digərləri çıxış edərək, ulu öndərlə bağlı xatirələrini, fikirlərini bölüşüblər.






BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55