Arxiv
18 Dekabr 2018, 15:08 | ƏDƏBİYYAT
Deputat və tarixçidən Araz Əlizadəyə CAVAB: “Əhməd Cavadla bağlı bu müzakirə yersizdir!”  

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Araz Əlizadə himnimizin sözlərinin Əhməd Cavada deyil, Cəmo bəy Cəbrayılbəyliyə məxsus olduğunu söyləyib. O qeyd edib ki, bu faktlarla sübut olunub.

Bu məsələ ilə bağlı Modern.az-a danışan deputat Rəfael Hüseynov isə bildirib ki, himnimizin sözləri ilə bağlı müzakirələrin yaranması təsadüfi deyil:

“1919-cu ildə Milli Marşla bağlı kitab dərc olunub. Kitabda yazılıb ki, həmin milli marş – himnimiz “Cəmo bəy” tərəfindən yazılıb. Lakin o zamanlar Cəmo Cəbrayılbəyli, Cəmo Hacınski adında yazar və şairlər olub. Ona görə, himnimizin sözlərini onların adı ilə hallandırırlar. Amma belə deyil.
Tarixdən də bizə məlumdur ki, Əhməd Cavad şeirlərini “Cavad Məmmədoğlu” adı ilə bəzi yerlərdə dərc etdirib. O, həmçinin, “Cəmo bəy” təxəllüsündən də istifadə edib. Bu zaman həmin yazılarla bağlı yanlış anlaşılma olub. Himnimizin sözləri Əhməd Cavadındır. Bunu səhv anlamaq lazım deyil”. 

Tarixçi alim Nəsiman Yaqublu da bu məsələnin müzakirəsinin əleyhinədir. O deyib ki, dəfələrlə qeyd etdiyimiz kimi, Əhməd Cavad  Azərbaycan Xalq Cümhuriyyətinin tərənnümçüsüdür:

“Onun üçrəngli bayrağımız, Bakını işğaldan azad edən türk əsgərləri, dövlətçiliyimiz, Cümhuriyyətimiz  haqqında gözəl şeirləri var. Həmin dövrdə Əhməd Cavad qədər milli ruhda yazan ikinci şair yoxdur. O, bir  növ simvola çevrilib. Azərbaycanın Dövlət Himni də uzun illər onun adı ilə bağlanıb, sözlərin müəllifi kimi Əhməd Cavad qəbul olunub. Bundan sonra bəzi mənbələrdə himnimizin sözlərinin Cəmo bəy Cəbraylılbəyliyə, Cəmo Hacınskiyə aid olduğu iddiaları ortaya atıldı. Amma mən hər kəsdən soruşmaq istəyirəm, bu adda şairləri tanıyırsınızmı? Əlbəttə ki, demək olar ki, heç kim tanımır. Bu gün hamımızın tanıdğı Əhməd Cavad var. 1938-ci ildə  Əhməd Cavadı elə Cümhuriyyəti, üçrəngli bayrağımızı tərənnüm etdiyinə, himnimizin sözlərini yazdığına görə həbs etdilər. Əhməd Cavad dövlətçilik uğrunda həyatını da qurban verdi, ailəsini də. Bu qədər fədakarlığın qarşısında tariximizə şübhə ilə yanaşmaq nə dərəcədə bizim dəyərlərimizə uyğundur? Üstəlik, müzakirələr Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində baş qaldırır”.

N. Yaqublunun sözlərinə görə, himnimizin sözlərinin Əhməd Cavada aid olmadığı barədə iddialar sözdə səsləndirilsə də, faktlarla əksini tapmayıb:

“Amma mən hesab edirəm ki, hətta bu mətnin yazarının Əhməd Cavad olmadığı üzə çıxsa belə, yenə də onun kimi sənətkarın adı ilə bağlanması bizim üçün böyük fəxrdir. O, əməli, həyatı, əqidəsi, bütün varlığı ilə buna layiq olmağı bacarıb.

Yekun olaraq, belə məsələlərin müzakirəsini düzgün hesab etmirəm. Təkrar edirəm, Əhməd Cavad Azərbaycanın Dövlət Himnini mətninin müəllifidir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi 24 Avqust 2019, 10:23 Hirkan Milli Parkında yanğın tam söndürülüb 24 Avqust 2019, 10:04 Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır 24 Avqust 2019, 09:55 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Avqust 2019, 09:40 İstirahət günləri hava necə olacaq? - PROQNOZ 24 Avqust 2019, 09:24 Xəzər dənizində zəlzələ olub 24 Avqust 2019, 09:06 Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu 24 Avqust 2019, 08:55 Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30