Modern.az

Abşeronun çirklənmiş əraziləri ilə bağlı sənəd layihəsi hazırlanacaq

Abşeronun çirklənmiş əraziləri ilə bağlı sənəd layihəsi hazırlanacaq

Aktual

27 Dekabr 2018, 16:22

"Abşeron yarımadasının çirklənmiş ərazilərinin qiymətləndirilməsi" adlı sənəd layihəsi hazırlanacaq. Bu sənəd gələn ilin iyun-iyul aylarında ictimaiyyətə təqdim olunacaq.

 

Modern.az bildirir ki, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

 

Aparat rəhbərinin sözlərinə görə, sənədin hazırlanmasını tenderdə qalib gələn İtaliya şirkəti həyata keçirəcək.

V.Kərimovun sözlərinə görə, bu günə qədər duzla çirklənmiş ərazilərin siniflərə bölünməsi həyata keçirilsə də, neftlə çirklənmiş torpaqlar siniflərə bölünməyib.

 

Nazirlik rəsmisi bildirib ki, qalib şirkət həm də torpaqların neftlə çirklənməsinə görə siniflərə bölünməsini həyata keçirəcək.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi