Modern.az

549 qram qızılın Azərbaycana keçirilməsinin qarşısı alındı

549 qram qızılın Azərbaycana keçirilməsinin qarşısı alındı

3 Yanvar 2019, 11:02

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilnə məlumatda bildirilib.

Şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçənin sağ və sol ciblərindən, hər cibində 1 ədəd olmaqla, cəmi 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd, arxa tərəfində “10 rubl 1899” , 7 ədəd, arxa tərəfində “10 rubl 1900”, 1 ədəd, arxa tərəfində “10 rubl 1901 ” və 2 ədəd, arxa tərəfində “10 rubl 1902” yazıları həkk olunan, ümumilikdə 549 qram qızıl sikkələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu