Modern.az

Agentlik Nobel prospektində çökmənin səbəbini araşdırır

Agentlik Nobel prospektində çökmənin səbəbini araşdırır

Aktual

3 Yanvar 2019, 12:45

Nobel prospektində çökmə baş verən kimi dərhal əraziyə əməkdaşlarımız tərəfindən çökmənin səbəbləri araşdırılmağa başlanıldı.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edildi:

“Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.

Hazırda ərazidə aidiyyəti qurum tərəfindən tədbirlər görülür, qrunt suların kollektora sızmasının qarşısını almaq üçün izolyasiya işləri aparılır. İşlər yekunlaşdıqdan və qrunt sularının sızmasının qarşısı tam alındıqdan sonra agentliyimiz tərəfindən çökmüş hissə bərpa olunacaq”.

 

AAYDA rəsmisinin sözlərinə görə, ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!