Modern.az

AzTV-də daha bir kadr dəyişikliyi oldu - İTV-dən növbəti TRANSFER  

AzTV-də daha bir kadr dəyişikliyi oldu - İTV-dən növbəti TRANSFER  

29 Yanvar 2019, 15:11

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam etdirilir.


Modern.az saytının əldə etdiyi məlumata görə, İsmət Bünyadzadə AzTV-də Texniki istehsalat birliyinin rəisi Arzu Abbdullayevin I müavini təyin edilib.
İsmət Bünyadzadə buna qədər İctimai Televiziyada çalışırdı.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Xatirə Qasım Modern.az saytına məlumatı təsdiqləyib.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir