Arxiv
30 Yanvar 2019, 09:47 | MEDİA
AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri KİMDİR...

El arasında belə bir deyim var - fərasətli oğul körpəliyindən tanınar. Bunun nə qədər həqiqətə uyğun olduğunu deyə bilmərəm, amma haqqında söhbət açdığım Yusif Babanlını uğur özü yeniyetmə yaşlarından tapıb. Orta məktəbdə oxuyarkən “Azadlığı dəstəkləmə aktı” proqramı çərçivəsində imtahanları uğurla verərək, bir il ərzində Amerika məktəbində oxumaq və müvafiq olaraq, amerikalı ailəsində yaşamaq imkanı qazanıb…

Əslən Qazax rayonundandır. Məşhur Azərbaycan yazıçısı Vidadi Babanlının qardaşı oğludur.

O, 1980-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 1996-cı ildə orta təhsilini başa vuraraq Qərb Universitetinə qəbul olunub. 2000-ci ildə oranın Amerika ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. 2001-ci ildə ikinci dəfə ABŞ-a gəlib. 2002-ci ilədək Missuri ştatındakı Lindenvud Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsinə yiyələnib. Oranı bitirdikdən sonra vətənə dönüb. İki il KBR mühəndislik və inşaat şirkətində sənədləşmə üzrə əlaqələndirici vəzifəsində çalışıb. 2004-cü ildə yenidən Missuri Lindenvud Universitetinə qayıdıb. 2005-ci ilin dekabr ayınadək orada təhsil alıb, biznesin idarə edilməsi üzrə mağistr dərəcəsinə yüksəlib. Bu elm ocağını bitirdikdən sonra Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən neft və qaz üzrə tərcümə şirkətinə dəvət alıb. 2006-2013-cü illərdə burada layihə meneceri vəzifəsində işləyib. 2013-cü ildən AZƏRTAC-ın ABŞ üzrə xüsusi müxbiridir. 2015-2017-ci illərdə Virciniya ştatının Corc Meyson Universitetində münaqişələrin təhlili və həlli üzrə magistr dərəsəsi alaraq, dördüncü ali təhsilini başa vurub…

Texasda yaşayarkən "Hyuston azərbaycanlıları" təşkilatının həmtəsisçilərindən biri olub. Burada yaşadığı yeddi ildə Azərbaycanla bağlı bir sıra tədbirlər həyata keçirib. Milli və rəsmi bayramlarımızla yanaşı, Xocalı soyqrımı, Şuşanın işğalı ilə bağlı tədbirlər bu qəbildəndir... 

O, həm də Azərbaycan-Amerika Şurası təşkilatının vitse-prezidentidir. 2007-ci ildə həmyerlilərimiz Adil Bağırov və Bədir Məmmədli ilə "ABŞ azərbaycanlılarının şəbəkəsi" adlı başqa bir təşkilat yaradıblar. Bu təşkilatın xətti ilə Azərbaycan həqiqətlərini çatdırmaqdan ötrü, bir sıra hökumət və adminstrasiya nümayəndələri ilə görüşlər keçiriblər. Xocalı soyqrımı ilə bağlı kütləvi elektron məktublarının müxtəlif ştatların rəhbərliyinə göndərilməsini təşkil ediblər. Bundan əlavə onlar "Minsk Qrupu"nun ABŞ-dakı həmsədiri ilə görüşüb, Qarabağ həqiqətlərinin düzgün araşdırılması istiqmətində müzakirələrə qatılıblar…

Bütün dediklərim bu gənc soydaşımızın gördüyü işlərin bir hissəsidir. Onun haqqında çox danışmaq olar. Amma ən böyük uğurları qarşıda olduğundan söhbəti burada bitirirəm…

…Ailəlidir, iki oğlu var. Hər ikisi ana dilində sərbəst danışır. ABŞ-da doğulsalar da Azərbaycanı çox sevirlər. Həyat yoldaşı informasiya texnologiyaları sahəsində çalışır...

Bəli, Vaşinqton yaxınlığında yaşayan bu soydaşımız, necə deyərlər, hazır mütəxəsisdir. İnanırıq ki, nə vaxtsa onun səsi Xarici İşlər Nazirliyindən gələcək…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına MÜNASİBƏT 26 May 2020, 12:30 Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb 26 May 2020, 12:19 Gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu 26 May 2020, 12:07 Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı 26 May 2020, 11:58 Rusiyada virusdan ölənlərin sayı kəskin artır 26 May 2020, 11:47 Bakıda xanım jurnalistin maşını belə soyuldu - VİDEO 26 May 2020, 11:36 Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradıldı 26 May 2020, 11:23 Ermənistanda koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşdı 26 May 2020, 11:14 Sumqayıtda dəhşətli qəza - 4 ölü, 1 yaralı - YENİLƏNİB 26 May 2020, 11:11 Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir - Deputat 26 May 2020, 11:07 Pakistanda koronavirusa yoluxan və ölənlər artdı 26 May 2020, 10:58 Azərbaycanda FAKTİKİ HAVA 26 May 2020, 10:47 Polis Astarada narkotacirləri saxladı 26 May 2020, 10:44 Yeyib-içdikdən sonra tanışını öldürdü - Gəncədə 26 May 2020, 10:39 “Xaricdən bizə keyfiyyətli toxum satmırlar” - Aqrar siyasət komitəsinin sədri 26 May 2020, 10:17 Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı 26 May 2020, 09:56 Helikopter qəzaya uğradı - 4 hərbçi həlak oldu 26 May 2020, 09:48 Bu dərmandan istifadə dayandırıldı - Ölüm riskini artırır 26 May 2020, 09:30 Düşmən snayperləri işə düşdü 26 May 2020, 09:23 Dünyanın ən son koronavirus STATİSTİKASI 26 May 2020, 09:12 General niyə özünü GÜLLƏLƏMƏDİ… 26 May 2020, 09:08 Britaniyada bəzi şagirdlər təhsilə qayıdacaqlar 26 May 2020, 09:00 "Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28 Əli Kərimlinin köməkçisi həbs olundu 25 May 2020, 23:13 Gəncədə avtomobil quyuya düşdü 25 May 2020, 22:59 Goranboyda polis əməkdaşı intihar etdi 25 May 2020, 22:43 Balakənə dolu düşdü 25 May 2020, 22:30 Britaniyada koronavirusdan bir sutkada 121 nəfər öldü 25 May 2020, 22:19 Bakıda ağır qəza 25 May 2020, 22:08