Arxiv
10 Fervral 2019, 16:56 | FOTOSÖHBƏT
Deputat Yaqub Mahmudovla FOTOSÖHBƏT

Bu gün Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun doğum günüdür. Modern.az saytı akademikin 80 illik yubileyini nəzərə alaraq, onunla FOTOSÖHBƏT layihəsini təkrar təqdim edir.

 

Qeyd edək ki, Yaqub Mahmudovun tərcümeyi-halı indiyədək KİV-lərdə qeyri-dəqiq təqdim olunub. Bu, tarixçi alimin ən dəqiq dosyesidir.


Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

 

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

 

1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

 

1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent və 1981-2004-cü illərdə isə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib.

 

Yaqub Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı olub. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib. 

 

Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.

 

O, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

 

Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.

 

2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.

 

Yaqub Mahmudov Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayır. Onun bilavasitə elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.

 

“Şöhrət” (1999), “Şərəf” (2009), “Ataman Anton Qolovatıy” (2013), 1-ci dərəcəli “Əmək” (2019) ordenləri, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2018) və Milli Məclisin “Parlament” medalı (2018) ilə təltif olunub. O, “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay”, “Gənclərin dostu” müka­fatları laureatıdır.

 

Yaqub Mahmudov Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, Rusiya Federasiyası Dağıstan Respub­li­kasının Əməkdar elm xadimi və Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akade­miyasının həqiqi üzvüdür.

 

O, tarix elmimizi dünya miqyasında layiqincə təmsil edir. O, “The Name in Science” (“Elmdə ad”) fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və “Kraliça Viktoriya” Beynəlxalq mükafatına layiq görülüb. XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.

 

Yaqub Mahmudov 2016-cı ildə Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı ilə təltif olunub.

 

O, 2019-cu ildə gənclərin alim kimi yetişməsində rolu və xidmətlərinə görə Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatına layiq görülüb.

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, prezident seçkilərində ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olub və bir sıra rəsmi dövlət səfərlərində onları müşayiət edib.

 

Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.

 

Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.

 

1961-ci il. 22 yaşım var. Tarix fakültəsində oxuyuram.

Rəsul Rzanın başçılıq etdiyi ilk ensiklopediyaçılardan bir qrup. 9 il Azərbaycan Ensiklopediyasında çalışmışam.

Z.İ.Yampolski, Rəsul Rza və mən (60-cı illərin sonları). Rəsul müəllim çox məşğul olduğu üçün Qobustan səfəri baş tutmurdu ki, tutmurdu. Nəhayət, aprelin ilk günlərinin birində mənə bərk “təpindi”: “Tarixçisən, bir Qobustan səfərini də təşkil edə bilmirsən!” Dedim: “Rəsul müəllim, bu ayda da getməsək, sonra ilanlar qaynaşmağa başlayacaq, heç gedə bilməyəcəyik!”
Nəhayət, Rəsul müəllim Qobustan səfərinin vaxtını təyin etdi və mənə də zarafatla dedi: “O ki qaldı ilan məsələsinə, qorxma! Şübhən olmasın ki, o ilanlar hər gün rastlaşdığımız və bizi sancmaq üçün məqam gözləyən öz ilanlarımızdan betər olmazlar!”
Sonra isə əlavə etdi: “Qobustanı kim yaxşı bilir?” Dedim: “İsaq Cəfərzadə ömrünü orada keçirib. Amma tarixçilər içərisində belə bir məsəl də yayılıb ki, “Əgər Qobustan İsaq Cəfərzadənin qızıdırsa, Yampolski onun sevgilisidir”. Dedi: “Onda Yampolskiyə xəbər ver, gəlsin gedək sevgilisinə baş çəkməyə! Sevgili sevgilisini daha yaxşı tanıyar!”

ADPU-da qəbul imtahanı zamanı.

Xarici səfərlərdən birində.

ABŞ səfəri zamanı Baham adalarına yola düşərkən.

Fövqəladə və səlahiyyətli səfir Mahir Əliyevlə.

Şimali və Cənubi Koreyanın sərhəd xəttində. İki qardaş xalqın – Azərbaycan və Koreya xalqlarının tarixi bir-birinə necə də bənzəyir.

Seul. Metrostansiyada xalqın ümumi istifadəsi üçün yaradılmış pulsuz kitabxana.

C.Koreya. Balıqçı qəsəbəsi. Çiy balıq adət etdikdən sonra necə də dadlıdır.

 

Bağdadda səfərdəyəm.

 

Bayraqlar içərisində bayrağımız imzalar içərisində imzamız deməkdir...

 

Venesiya. Müqəddəs Mark meydanı. Müqəddəs Mark kilsəsi Şərq memarlığının, yanındakı mehmanxana isə karvansaraylarımızın təkrarıdır.

Həcc ziyarətindəyik (1998). Əziz dostum Mirheydər Mirzəyevin (soldan 2-ci) həyatda olmaması mənim üçün çox ağır itkilərdən biridir.

Heydər Əliyev mənə “Şöhrət” ordenini təqdim edir. 1999-cu ildə 60 yaşım tamam olurdu. Doğum günümdən 3 gün sonra zəng gəldi ki, saat 20:00-da “Xəbərlər”ə bax. Televizoru açdım, gördüm ki, fərman oxunur, elmin inkişafında, ölkənin ictimai-siyasi həyatında fəal xidmətinə görə Yaqub Mikayıl oğlu Mahmudov “Şöhrət” ordeni ilə təltif olunsun. Araşdırdım, məlum oldu ki, Heydər Əliyev o zaman məsələni öyrənib, Prezident Aparatında mənim işimi kənara atan, mənə mane olan adamı çağırıb və tapşırıb ki, Yaqub Mahmudovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqda fərmanı yaz gətir. Bir daha əmin oldum ki, Vətən, xalq üçün çəkilən əmək batmır. Heydər Əliyev məni təltif edən zaman çıxış elədim. Məni sınmağa qoymadığına, basqı və təzyiqlərə rəğmən, qoruduğuna görə təxminən 18 səhifəlik “Vətəndaş etirafı”mı yazıb göndərdim. Diktorlar onu oxuyana kimi nəfəsləri qaralırdı...

Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası qarşısında duran vəzifələr müzakirə olunur...

Xarici səfərlərdən birində.

Milli Məclisdə...

Əlimdə 5-ci sinif “Ata yurdu” dərsliyimi tuturam. Bütün tədqiqatlarım və dərsliklərimin üzərində bütöv Azərbaycanın xəritəsi var. Buna görə mənə dəfələrlə ağır hücumlar olub...

Şəki Olimpiya İdman Kompleksinin açılışı (2002). Mənim üçün ağır dövrlərdən idi. Heydər Əliyev tribunaya qalxan kimi barmaq işarəsi ilə məni yuxarı çağırdı. Noyabr ayı idi, bərk soyuq vardı. Mən ayaq saxladım, yerdə nə qədər hökumət adamı vardı, balaca tribunaya dırmaşdılar. Birdən Heydər Əliyev baxıb gördü ki, çağırmadığı adamlar tribunadadır, mən də yetim quzu kimi aşağıda boynu bükük dayanmışam. Həyəcanlı halda məni yenidən çağırdı. Heydər Əliyev danışmağa başlayan kimi dedi ki, Şəki Azərbaycana çox tanınmış adamlar bəxş edib... Sonra da dedi ki, Şəki böyük alimlər də yetirib, böyük alim, böyük tarixçi Yaqub Mahmudov da buradadır. Bununla da Ulu öndər məni təqib edənlərə qarşı nöqtəsini qoydu. Və mən həyatımın ən böyük mükafatını aldım...

Ulu öndərə “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı kitabımı təqdim edirəm (2002).

2002-ci il. Mən və Tarix fakültəsinin dekan müavini Rəfael Süleymanov magistratura pilləsinin məzunları ilə.

 

Yetirmələrim Nuşirəvan Məhərrəmli və Kərəm Məmmədovla Yunanıstan səfərində.

Bu fotonun 14 yaşı var. Prezident İlham Əliyevi Pakistana rəsmi səfərdə müşayiət edən nümayəndə heyətinin tərkibində olmuşam (2005).

Prezident İlham Əliyevin Pakistan səfərində (2005).

Xorvatiyaya rəsmi səfərdə.

Tarixçi dostlarım Qafar Cəbiyev və Nuşirəvan Məhərrəmli ilə.

Soyqırımı həqiqətlərini hamı bilməlidir!

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşkil etdiyi Gəmiqaya elmi konfransında.

Milli Məclisin sədri Oqtay Əsədov ad günümü təbrik edir.

Milli Məclisin Azərbaycan xalqına qarşı soyqırımılarına həsr olunmuş xüsusi iclası. Tənəffüs zamanı.

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” adlı V Beynəlxalq elmi konfransda çıxış edirəm (2018).

Ailə üzvlərim arasında.

 Nəvələrim Xaqan və Sara Xatunla.

Dostum balaca Yaqub məni dinləyir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin maaşının artması valideynləri də seçimə adar edəcək - Deputat 19 İyun 2019, 11:08 Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB 19 İyun 2019, 11:04 160 min müəllimin maaşı artırılıb 19 İyun 2019, 11:00 Maaş artımı pensiyalara da təsir edəcək 19 İyun 2019, 10:57 ABŞ səfirliyi amerikalı idman elçilərinin Azərbaycan səfərini maliyyələşdirir 19 İyun 2019, 10:45 Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59