Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni təyinatlar olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a bildirib ki, bu məqsədlə onların sırasında mediada tanınmış daha iki nəfər də qoşulub:
“Belə ki, nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev təyinat alıb.
ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə isə təyin edilib".