Arxiv
13 Fervral 2019, 14:08 | MEDİA
Əməkdar jurnalistə mayor rütbəsi verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yaranmasının yeddinci il dönümü münasibəti ilə Dövlət Xidmətinin bir qrup əməkdaşına hərbi rütbə verib.

Modern.az saytı "Report"a istinadən xəbər verir ki, onlar arasında Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, əməkdar jurnalist Füzuli İsmayılov da var. 


F.İsmayılova mayor rütbəsi verilib.

Qeyd edək ki, F.İsmayılov 1975-ci ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə başa vurub. Həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsinin məzunudur. 

Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix üzrə fəlsəfə doktorudur. 

1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 

2005-ci ildən 2014-cü ilə qədər İctima Televiziyada müxtəlif vəzifələrdə işləyib. 2014-cü ildən 2018-ci ilin oktyabr ayına qədər Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəsi müavini vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.  

F.İsmayılov 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilib və 2017-ci ildə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Ailəlidir, 1 qızı və 2 oğlu var. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29