Arxiv
1 Aprel 2019, 09:54 | HADİSƏ
“Azərbaycanda uşaqpulunun bərpası üçün maliyyə imkanları var”

Uşaqpulunun bərpası ilə bağlı hazırlayıb ictimaiyyətə təqdim etdiyimiz mexanizm indi də gündəmdə ən çox müzakirə edilən məsələlərdəndir.

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, bu təkliflərin qəbul olunması və ya necə tətbiq olunması birbaşa hökumətin verəcəyi qərarlardan asılıdır:


“Digər tərəfdən, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) indiyədək yalnız Azərbaycan hökuməti üçün deyil, bir sıra digər dövlətlərdə fərqli təkliflər paketinin hazırlanmasını həyata keçirib. Konkret olaraq uşaqpulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışmışıq. Bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı, bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib. Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır.

Əslində, 2015-ci ildəki devalvasiyalardan sonra problemli kreditlərə güzəştlərin tətbiq olunması ilə bağlı mexanizm hökumətə və ictimaiyyətə təqdim edəndə çoxları kreditlərə kompensasiya veriləcəyinə inanmırdı. Amma sonda reallaşdı. İnanmaq istərdik ki, uşaqpulunun bərpası ilə bağlı təklifimiz də yaxın zamanlarda qəbul olunacaq. CESD mexanizmi təqdim edəndən sonra ən çox müzakirə edilən məsələlərdən biri də digər ölkələrdə 17 yaşadək uşaqpulunun olub-olmaması ilə bağlıdır”.

 

Başqa ölkələrdə 17 yaşınadək uşaqlara pul ödənilmirmi və bu mexanizmlər necədir?

 

Ekspert qeyd edib ki, CESD mexanizmi hazırlayan zaman fərqli ölkələrin təcrübəsini öyrənib:

“Qeyd etmək lazımdır ki, əksər inkişaf etmiş ölkələrdə uşaqpulu ödənilir. Avropa ölkələrinə diqqət yetirsək, Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın “analıq kapitalı” adlandırılan ödəniş edilir. Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifad edilir.

Göründüyü kimi, 17 yaşadək uşaq pulunu verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaqpulunun bərpasının maliyyə bazası var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32
SORĞU Yeni parlamentdə kimlər olsun?