Arxiv
2 Aprel 2019, 15:51 | DİASPOR
Diaspor Komitəsinin rəhbərliyi Gürcüstanda təhsil alan ahıska türkləri ilə görüşüb - FOTOLAR

Aprelin 2-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. 

Modern.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri Tbilisidəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Onu Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqaları müşayiət ediblər.

Daha sonra F.Muradov Axaltsix şəhərindəki Samstxe-Cavaxetiya Dövlət Universitetində və Tbilisidə təhsil alan, Azərbaycan vətəndaşı olan 50-yə yaxın ahıska türkü ilə görüşüb. F.Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarına, eləcə də həmvətənlərimizə daim diqqət və qayğı göstərir. Azərbaycan nümayəndə heyətinin də tələbələrlə görüşü məhz həmin siyasətin tərkib hissəsidir. Məqsəd Gürcüstanda təhsil alan və Azərbaycan vətəndaşı olan ahıska türklərinin problemləri ilə maraqlanmaq və onları dəstəkləməkdir. Səmimi atmosfer şəraitində keçən görüş zamanı fikir mübadiləsi aparılıb.


Dövlət Komitəsinin sədri tələbələrin problemlərilə də maraqlanıb. Görüşdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) baş katibi Ziyaddin Kasanov, DATÜB-in Gürcüstan üzrə nümayəndəsi İsmayıl Əhmədov da iştirak ediblər. 

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək ahıska türklərinin təhsil problemləri, regiondakı vəziyyət və digər məsələlər barədə fikirlərin söyləyib, tələbələrə tövsiyələrini veriblər.

Komitə sədri F.Muradov Gürcüstan hökumətinin bu ölkədə təhsil alan Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğını da xüsusi qeyd edib.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 Sədərəkdə yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda yeni qurum yaradılır - minlərlə boşanmış qadına çarə ola bilər... 17 İyul 2019, 12:33 Meyvə oğrusu saxlanıldı 17 İyul 2019, 12:27 Azərbaycana ət idxalı ARTIB 17 İyul 2019, 12:23 Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA 17 İyul 2019, 12:07 Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu 17 İyul 2019, 12:02 Nazir təltif edilmiş əməkdaşlara vəsiqələr və medalları təqdim etdi 17 İyul 2019, 12:01 Şamaxıda qədim məscid aşkarlandı   17 İyul 2019, 11:47 Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF 17 İyul 2019, 11:31 AQTA BMT ilə birgə baytarları təlimlərə cəlb edəcək 17 İyul 2019, 11:28 Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI   17 İyul 2019, 11:14 “Keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək” 17 İyul 2019, 11:08 Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək 17 İyul 2019, 11:05 Ötən gün qəzada ölənlərdən biri tələbədir - FOTO 17 İyul 2019, 11:00 İxtisas seçimi edəcək edəcək abituriyentlərin nəzərinə! 17 İyul 2019, 10:49 Xəzəri hasarlayanlar təftiş edilir - 40 min manatadək CƏRİMƏ 17 İyul 2019, 10:47 Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək   17 İyul 2019, 10:46 Şəkidə xəsarət alanların SON DURUMU 17 İyul 2019, 10:45 210 kiloqramlıq inək öldü, ətini satmaq istədi - FOTO 17 İyul 2019, 10:34 Hərbi birlikdə təlim toplantısı keçirildi 17 İyul 2019, 10:21 Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı 17 İyul 2019, 09:57 Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI 17 İyul 2019, 09:53 BMT Goranboyda cinsi zorakılıqla bağlı tədbir keçirdi 17 İyul 2019, 09:52