Modern.az

“168 saat” qəzeti bərpa olundu - Təsisçi ortaya İDDİA qoydu

“168 saat” qəzeti bərpa olundu - Təsisçi ortaya İDDİA qoydu

2 Aprel 2019, 16:39

Uzun illik fasilədən sonra “168 saat” qəzeti yenidən nəşr olunmağa başlayıb.
Qəzetin təsisçisi tanınmış yazıçı və publisist, Əməkdar jurnalist Varis Yolçuyev, baş redaktoru isə gənc jurnalist Vüsal Məmmədovdur. 

Qəzetin təsisçisi Varis Yolçuyev Modern.az-a “168 saat”ı bərpa etmək məqsədlərindən danışıb.

Təsisçi deyir ki, hazırda qəzet bazarında elə də güclü rəqabət yoxdur və “168 saat” 6-7 aya mətbuat sahəsində öz sözünü deyəcək:

“Qəzet rəngli formatda, həftənin ikinci günləri çıxacaq. Hələ ki abunə hesabına maliyyələşəcək. Satışı Bakı və Sumqayıtdakı köşklərdə təşkil olunacaq. Abunəçilərin demək olar ki,  90 faizi Sumqayıtdandır. Əvvəllər qəzet gənclər üçün nəzərdə tutulsa da, indi daha çox regional qəzet kimi fəaliyyət göstərəcək.
Növbəti ildən isə qəzetin ayrıca olaraq “168 saat” və regional bölmə kimi iki formada nəşri nəzərdə tutulur. Bu gün elektron nəşrlərin qəzetləri sıradan çıxardığı dövrdə kağız qəzetin bərpa edilməsi təqdirəlayiq haldır”.


Əzizə Zeynal

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır