Arxiv
3 Aprel 2019, 14:19 | İQTİSADİYYAT
Kələmin qiyməti kəllə-çarxa qalxdı - SƏBƏBLƏRİ rəsmilər izah edir

Əhalinin tələbatının yüksək olduğu soğanın ardınca kələmin də qiymətində bahalaşma müşahidə edilir. Hazırda müxtəlif satış məntəqələrində kələmin 1 kiloqramının qiyməti 1 manat 50 qəpik - 2 manat arasına dəyişir. Soğan isə ötən həftəyə nisbətdə 1 manat 50 qəpikdən 1 manatadək ucuzlaşıb.

Kənd Təsrrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə Modern.az-a açıqlamasında kələmin istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib:


“2018-ci ildə Azərbaycanda rekord həcmdə - 108,7 min ton kələm istehsal olunub. Ötən ilədək ökədə il ərzində 90-92 min ton kələm istehsal edilirdi. Buna baxmayaraq, 2018-ci ildə istehsalın 18 faiz artırılmasına nail olmuşuq. Eyni zamanda, son dövrlərə nisbətən kələm ixracında da ciddi artım var. 2017-ci ildə təqribən 700 ton, 2018-ci ildə 800 ton kələm ixrac etmişdiksə, 2019-cu ilin 2 ayı ərzində 1324 ton kələm ixrac olunub. İxracın 550 tonu Gürcüstana, 605 tonu Rusiyaya göndərilib. Bu o deməkdir ki, iki ay ərzində ixrac olunan kələmin 87 faizi iki ölkəyə göndərilib. Məsələ burasındadır ki, adətən mövsümün bu dövründə Gürcüstandan Azərbaycana kələm idxal olunurdu. Amma Gürcüstanda da məhsul qıtlığı olduğu üçün onlar məhsul təchizatını bizim bazar hesabına təmin edirlər”.


“Kələm ixracı kəskin artıb”

Nazirlik rəsmisi qeyd edib ki, hazırda bütün regionda məhsul qıtlığı yaşanır:

“İraq, Suriya məsələlərinə görə, qonşu ölkələr - Türkiyə, İrandan ixrac həcmi artıb və bu ölkələrdə bizim məhsullara tələbat yaranıb. Ona görə də bizim məhsullar həmin ölkələrə böyük həcmdə ixrac edilir. Bu da istər-istəməz bazardakı tarazlıq şərtlərinə təsir göstərir. Bazarın bəlli bir həcmi var. Bir il əvvəl planlaşdırırsan ki, bir məhsuldan bu həcmdə əkəcəm. Amma birdən-birə bazarda gözlənilməz tələb yaranır, ixrac kəskin yüksəlir. Bu isə ölkə iqtisadiyyatı üçün müsbət haldır. Bu mənada ki, fermerlərimiz yaxşı şərtlərlə öz məhsullarını satır və məhsulların ixrac coğrafiyası genişlənir. İxracın kəskin artımı isə bazardakı şərtlərə təsir göstərir”.


“Bizim məhsullar daha ucuzdur”

F.Fikrətzadə bildirib ki, Azərbaycanda istehsal olunan məhsulun qiyməti dünya bazarlarındakı qiymətlərdən xeyli ucuzdur:

“Bir ölkə öz məhsulunu dünya bazarına ona görə çıxara bilir ki, həmin məhsulu dünya bazarındakı qiymətlərdən daha ucuz istehsal edə bilir. Bizim məhsul da ixrac olunur və satılırsa, deməli dünya bazarındakı qiymətlərdən ucuzdur. Ona görə də biz rahatlıqla deyə bilərik ki, ixrac qiymətlərimiz daxili bazardakı qiymətlərdən yüksəkdir”.

 


“Bizim üçün risq yoxdur”

Müşavir ixrac zamanı daxili bazarda qiymətin kəskin yüksəlməməsi, ajiotaj yaranmaması üçün hansı addımlar atılacağını da diqqətə çatdırıb:

“Bazar özü ən yaxşı tənzimləyici vasitədir. İnformasiyanın içərisində olanlar daha çox bazar iştirakçılardır və bununla bağlı fermerlərə müsbət siqnallar ötürürlər. Bütün bunlar isə həmin tərəvəz məhsullarının istehsalının artırılması üçün stimul yaradır.

Bu dəfə ixrac artımı mövsümün uyğunsuz dövrünə düşdü. Bizə daxil olan məlumatlara görə, hazırda Kürdəxanı kələmi bazarda dominantlıq təşkil edir. Bazara Qusardan və digər bölgələrdən də məhsul daxil olduqca, qiymətlər stabilləşəcək. Bizim adətən qış-yaz mövsümündə məhsul idxal etdiyimiz bazarların özündə məhsul qıtlığı yaranıb və bizim məhsula tələbat artıb. Bu bir daha göstərir ki, dövlətin ərzaq təhlükəsizliyi, kənd təsərüfatı məshulları ilə özünütəminetmə siyasəti müsbət yöndə inkişaf edir. Qonşu ölkələrdə bu və digər səbəblərdən ciddi məhsul qıtlığı yarandığı halda, bizdə istehsalın həcmi artıb. Bizim bazarda məhsul qıtlığı baxımından risqli vəziyyətlər yaranmır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45 “Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov 19 Fevral 2020, 17:39 Prezident İlham Əliyev və Mehriban Əliyeva İtaliyada səfərdədir 19 Fevral 2020, 17:35 MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI 19 Fevral 2020, 17:30 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM 19 Fevral 2020, 17:25 Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15