Modern.az

Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM

Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM

19 Aprel 2019, 14:24

Azərbaycanda ali məktəbləri bitirən gənclərin iş tapmaq problemi hələ də aktual olaraq qalır.

 

Bakı Dövlət Universitetinin Filologiya,Kimya,Tətbiqi-Riyaziyyat və s. fakültələrini bitirən məzunlar orta təhsil müəssisələrində uyğun pedaqoji istiqamətlərdə işləyə bilmir.

Ali  təhsil məktəblərində işləmək üçün isə magistratura diplomu tələb olunur. Orta təhsil məktəblərinə yalnız pedaqoji təhsili olan şəxslər qəbul olunur.

Müəllimlərin ixtisas artırması üzrə mütəxəssis Allahverdi Eminov Modern.az-a  açıqlamasında qeyd edib ki, ümumiyyətlə ali təhsil məktəblərinə qəbul olmaq üçün vakansiya yoxdur.

 

Bundan əlavə o, qəbul imtahanlarının testlə keçirilməsi ilə bağlı öz narazılığını bildirib.

 

Qeyd edib ki, imtahanların testlə verilməsi tələbələrin savadlılıq dərəcəsinin aşağı olmasına gətirib çıxarır.

 

“Ali təhsil alan məzunların imtahanla işə qəbul olunması düzgün deyil. Bu, imtahanlıarın keçirilməsi bizi bu fikrə gətirib çıxarır ki, universitetlər saxtadır, dövlət imtahanı saxtadır,rektorlar saxtadır”-deyə A.Eminov işə qəbulun da imtahanla olmasına etiraz edib.

Gədəbəy rayonunun Qızılqaya  kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Topçuyevin sözlərinə görə Azərbaycandasözügedən ixtisasları bitirən məzunlar işsizlik prolemi yaşayırlar.

“Ümumiyyətlə, ölkəmizdə bu ixtisaslar üzrə işləmək üçün aidiyyatı üzrə xüsusi elmi-tədqiqat institutları yaradılmalıdır.

 

“Hazırki şəraitdə bu ixtisasların ali məktəblərə qəbul imtahanında verilməsinə mən özüm də razı deyiləm. Çünki bizim təhsil səviyyəmiz hələ o dərəcə inkişaf etməyib. Mənim özümün tanıdığım biri var ki, ali məktəblər üçün keçirilən qəbul imtahanında vaxtı ilə çox yüksək bal toplayıb. Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat fakültəsinə qəbul olan şəxs hal-hazırda işsizlik problemi yaşayır.Lakin ondan 200-300 bal aşağı toplayıb pedaqoji təhsil alan tələbə isə orta məktəbdə müəllim işləyir.Mənim fikrimcə sözügedən ixtisaslar hazırda tələbatı ödəmir”.

 

Nuranə DAXİLQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi