Modern.az

Saatlının icra başçısı AXCP-çinin toyuna mane olub?  - “Paylaşımları görəndə, dəhşətə gəldik” -  Rəsmi AÇIQLAMA

Saatlının icra başçısı AXCP-çinin toyuna mane olub?  - “Paylaşımları görəndə, dəhşətə gəldik” -  Rəsmi AÇIQLAMA

22 Aprel 2019, 12:29

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun ”Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın qardaşı, AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toyuna mane olması ilə bağlı məlumat yayılıb.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məsələ ilə bağlı Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova Modern.az-a açıqlama verib.

R.Ocaqova bildirib ki, rayonda belə bir hal yaşanmayıb:

“Mən özüm sosial şəbəkədə “başçı toya imkan vermir” tipli paylaşımları görəndə, dəhşətə gəldim. Həqiqətən belə bir şey olmayıb. Yəqin ki, kimsə bu məlumatları yaymaqda maraqlıdır.

Mən rayonun rəsmi şəxsi kimi tam əminliklə deyirəm ki, bu məlumat həqiqətəuyğun deyil”.

Sosial şəbəkələrdə verilən məlumatların yalan və qərəz xarakterli olduğunu vurğulayan R.Ocaqova deyib ki, xəbəri kim, hansı məqsədlə yayıbsa, araşdırılacaq.

 

Sosial şəbəkələrdəki məlumatlarda qeyd edilir ki, Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib. Restoran rəhbərliyi ilə də razılaşıb. İddia olunur ki, bundan xəbər tutan rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun görtərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada olmasına maneçilik törədilib.

Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin.  Və toy  Ş. Hacıbəylinin  həyətində  olub. Qeyde dək ki, Ş. Hacıbəylinin qızı AXCP GK Ali Məclisinin sədri Ruslan Nəsirli ilə ailə həyatı qurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu