Arxiv
22 Aprel 2019, 15:16 | AKTUAL
“Azərsu” yeni elektron xidmət istifadəyə verdi  

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə ”Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi”  adlı yeni elektron xidməti istifadəyə verib. Sayca 17-ci olan bu xidmət vasitəsilə abonentlər “Azərsu” ASC-nin informasiya sistemlərindəki ünvan məlumatlarını dürüstləşdirə bilərlər.

 

Modern.az xəbər verir ki, elektron xidmətdən istifadə etmək üçün www.azersu.az saytında “Elektron xidmətlər” bölməsindəki elektron xidmətlərin siyahısından ”Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi”  xidməti seçilməlidir. İstifadəçi  şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etdikdən sonra xidmətdən istifadə edə bilər.

Müraciət edən abonent tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə daxil edilməlidir.

Əhali və ya qeyri-əhali seçimi

Əhali qrupu seçimi edildikdə aşağıdakı məlumatlar sistemə daxil edilir:

Abonent kodu Şəxsiyyət vəsiqəsinin FİN kodu Evin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi Evin faktiki yerləşdiyi ünvan Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti Abonentin telefon nömrəsi və elektron poçt ünvanı

Qeyri-əhali qrupu seçilərkən aşağıdakı məlumatlar sistemə daxil edilir:

Obyektin abonent kodu Obyektin VÖEN-i Obyektin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi Obyektin faktiki yerləşdiyi ünvan Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti Müraciət edilən obyektin və ya müraciət edənin elektron poçt ünvanı və telefon nömrələri.

Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Daxil olan müraciətə baxılır və məlumatlar düzgün olduqda müraciət icra üçün qəbul olunur. Müraciət icra olunduqda abonentin məlumatları dürüstləşdirilir.  Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.

Müraciət icra olunduqdan sonra abonentin qeyd etdiyi telefon nömrəsi məlumatlandırma xidmətinə qoşulur. Gələcəkdə ərazi üzrə şəbəkə infrastrukturunda baş verən qəzalar və profilaktik işlər, həmçinin Cəmiyyət tərəfindən təqdim edilən xidmətlərdəki yeniliklər barədə abonent SMS vasitəsilə məlumatlandırılacaq.

Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən 17 adda elektron xidmət göstərilir. 2018-ci ildə bu xidmətlərdən istifadə ilə bağlı 345 min, 2019-cu ilin birinci rübündə isə 33 min müraciət qeydə alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xərçəng təbii yolla müalicə olunacaq? 31 May 2020, 08:46 Nyu-Yorkda etirazlar zamanı 70-dən çox adam həbs olundu 31 May 2020, 08:45 Milli Məclis iclas çağırdı - Bu gün cərimələrin məbləği dəqiqləşəcək 31 May 2020, 08:43 ABŞ-ın Atlanta şəhərinə 1500 nəfərlik milli qvardiyaçılar göndəriləcək 31 May 2020, 08:40 Məscidlərdə kütləvi ibadətə icazə verildi - İordaniyada 31 May 2020, 08:37 Tovuzda minaatan mərmisi aşkarlandı 31 May 2020, 08:28 ABŞ-ın 25 şəhərində komendant saatı tətbiq olundu 31 May 2020, 08:20 Moskvada COVID-19 qurbanlarının sayı 2 477 nəfərə çatıb 31 May 2020, 00:59 Bu qadağalar iyunun 15-dək qüvvədə qalacaq 31 May 2020, 00:51 Bakıda 21 yaşlı gənc bıçaqlandı 31 May 2020, 00:48 Açıq havada idman yarışları keçirməyə icazə verildi 31 May 2020, 00:38 Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır 31 May 2020, 00:32 İri ticarət mərkəzləri və "Mall"lar açılır 31 May 2020, 00:17 Restoran, kafe və çay evlərinin iş saatı 22:00-dək UZADILDI 31 May 2020, 00:06 Bu gündən bəzi məhdudiyyətlər ləğv edilir - RƏSMİ 31 May 2020, 00:01 İlin kosmik hadisəsi: “SpaceX” ilk dəfə fəzaya insan göndərdi - VİDEO 30 May 2020, 23:47 Nyu-Yorkda 200-dən artıq etirazçı saxlanılıb 30 May 2020, 23:39 Azərbaycan-İran sərhədində yanğın 30 May 2020, 23:26 Daha 710 “Taliban” üzvü azad edildi 30 May 2020, 23:13 Xırdalanda yaşayış binasında yanğın oldu 30 May 2020, 23:00 Rusiyada terrorçular məhv edildi 30 May 2020, 22:42 Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA 30 May 2020, 22:28 Liderlər Honkonq və Liviyadakı vəziyyəti müzakirə etdi 30 May 2020, 22:12 Türkiyədə 126 984 nəfər koronavirusdan sağalıb 30 May 2020, 22:00 Daha bir ölkədə maska taxmaq məcburi oldu 30 May 2020, 21:46 Son sutkada daha 215 nəfər koronavirusdan öldü 30 May 2020, 21:31 Xüsusi karantin rejimi daha bir ay uzadılıb 30 May 2020, 21:17 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI - FOTO 30 May 2020, 21:16 Prezident ötən il üçün gəlirlərini açıqladı 30 May 2020, 21:03 İtaliyada sutkalıq koronavirus qurbanları yenidən artdı 30 May 2020, 20:54 Azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib 30 May 2020, 20:43 Ermənistanda koronavirusa yoluxanların sayı 10 minə çatır 30 May 2020, 20:29 Türkiyədə daha bir şəhid verdi 30 May 2020, 20:16 Ağ Evin qarşısında etirazlar başlayıb 30 May 2020, 20:01 Aydınlarımız Türk millətinə edilən haqsızlığa qarşı birlikdə mübarizə aparmalıdır - Qənirə Paşayeva 30 May 2020, 19:58